Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


prizidium stolunun qabağında gül-çiçək. Amma bir şeyi yaddan çıxar­



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə318/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   314   315   316   317   318   319   320   321   ...   382
Sechilmish eserleri II cild

prizidium stolunun qabağında gül-çiçək. Amma bir şeyi yaddan çıxar­
mayıblar. Salonu bərk radiolaşdınblar. Harada otursaq, yaxşı eşidəcəyik.
Lalə haqlı idi. Aslanov səhnə arxasından öz yoldaşlarilə bərabər
içəri girib, səhnədəki uzun prezidium stoluna yanaşanda, bütün salon­
dan gurultulu alqışlar qopdusa da, şəhər komitəsi katibi narazı halda
başını buladı, toplaşanları sakitliyə çağırdı və müşavirəni özü açıb, sə­
bir və təmkinlə dedi:
- M ənə ele gəlir ki, vaxta qənaət etmək üçün, yığıncağımızı işgü­
zar bir tərzdə keçirsək yaxşıdır.
Lalə yenə də Qüdrətə baxdı:
- Gördün mən deyən oldu?
Doğrudan da Aslanov nitqini hamıya, o cümlədən Qüdrətlə Laləyə
də təəccüblü görünən sərt bir üslubda başladı:
- Azərbaycan neft sənayesi bu İlin planım yarım ay vaxtından
ə w ə l yüz iki faiz doldurmuşdur. Bəzi yoldaşlara belə görünə bilər ki,
həyəcan keçirməyə heç bir əsasımız yoxdur. Ancaq mən indidən x ə ­
bərdarlıq edirəm: bu müşavirəmizdə mənim dediyim “yüz iki faiz”
sözlərdən başqa qeyri müvəffəqiyyət haqqında danışılmayacaq.
Aslanov qabağındakı mikrafonıı ikiəlli tutub yerindən oynatdı və
özünə yaxınlaşdırdı:
- Mənim dediklərimi yaxşı eşidirsinizmi, yoldaşlar1?
Salondakılar “bəli, beli!” deyə səsləndilər. Katib yenə eyni təm­
kinlə sözünə davam etdi:
- Neft qəhrəmanlarına həmişə vaxtlı-vaxtında fəxri adlar və or­
denlər verildiyinə görə, onları əlavə tərifləməyə ehtiyac görmürəm.


Qəzetlərimiz bu barədo az yazmamışlar və mənə elə gəlir ki, redaksi­
yalarımızın tənqiddən çox tərifə meyli var. Bu isə bizim on böyük qü­
surumuzdur.
Bu sözlərdən Qüdrət də, Lalə də öz payını aldı. Dünən qəzetlərin

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   314   315   316   317   318   319   320   321   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin