dən, teatr yerləşən Nizami küçəsi növbənöv avtomaşınlarla dolmuşdu. Qüdrət mədənlərdən birində yeni istismara buraxılan təzə buruğa baş çəkməyə getdiyi üçün, demək olar ki, hamıdan sonra gəlmişdi. O, ma şınını kənarda saxlayıb teatr binasına doğru yonələndo, yaxşı tanıdığı rayJtom katiblərinə, ilk partiya təşkilatlarının katiblərinə rast gəldi vo onlarla salamlaşıb, yenə çevik addımlarla yeriyərək içəri girdi. O, mü şavirədə nədən danışacağım bir daha xəyalından keçirir vo yadından çı xan nöqtələri xatırlamağa çalışırdı. Bütün trest illik planı doldursa da, o, öz işində əm ələ gəlmiş bu dönüşü yalnız fərəhli bir başlanğıc adlandırırdı. Lakin Qüdrət heç bir şübhə etmirdi ki, Aslanov yoldaş onun adını daha, geridə qalanlar sırasında deyil, qabaqcıllar sırasında çəkəcək, həmişəki kimi, indi do onu başqalarına nümunə göstərəcək, bəlkə qüsurlarına to xunmayacaq: “Baxın, onun tresti iki-üç ay əvvəı hamıdan geri qaldığı halda, indi ən yaxşı trestlər sırasına keçmişdir” deyəcək. Amma Qüdrət föyeyo daxıl olub, ətrafa göz gəzdirəndə, müşavirənin o qədər də tən tənəli keçməyəcəyini dərhal hiss elədi. Belə hallarda Bakı neftçilərinin 258
nailiyyətlərinə dair iri və zərli hərflərlə yazılmış şüarlar divarlan həzər di. Bu gün isə tamaşa zalının girəcəyində, bütün divar boyu yalnız bir cə şüar vardı: “Ölkəyə daha bol neft verək!” Qüdrət içəri girdi. Yerlər çoxdan tutulmuşdu. O, son cərgələrin bi rində oturmuş Laləni görüb ona yanaşdı: - Deyəsən sən do gecikmisən, arvad! - dedi, biz hamıdan dala qal mışıq. Lalə ərinin üzünə zənlə baxdı: - Bura yaxşıdır. Mən belə görürəm ki, bu zalda hər şey bir məq səd üçün düzəlib. - N ə məqsəd? - Tənqid və özünütənqid! Bax, ne orkestr var, nə şüar var, nə də ki,