- Bəzi yoldaşlara qəribə görünür ki, bizi niyə danlayırlar? Amma mən deyirəm, yox, yoldaş Aslanov haqlıdır. Mən özümdən başlayım. İşimi düz qursam, iki yüz faizə qalxaram, ya yox? Əlbəttə ki. Üzümüzə gələn il gərək belə olsun. Bizim yolumuz birinci növbədə zəhmət, alın təri deməkdir. Kim ki, bu yolu asan getmək istəyir, qor xuram o yan yolda qala. Ancaq düzü, mənciyəz qalmaq istəmirəm. Fəhlə sinfi bu yolda can qoyub. Mən də elə bu yolda saç ağartmışam. Men istəyirəm bu böyük imarəti tikib başa çatdıraq. Yaxşı, bizim nö- yütüıpüz olmasa, xoşbəxl g ə lə c ə y ə çatarıq ya yox? Yox! Çünki... Da ha mən nə deyim? Özünüz uşaq deyilsiniz mendən də yaxşı bilirsiniz. Deməli, qeyrət, namus dəmidir! Ramazan nitqinin sonunda nə isə təsirli bir söz demok istədi. Amma nə qodər fikirloşdisə, belo bir sözü tapa bilmədi və xitabət kür süsündən aralandı. Bütün salonu alqış səsləri titrətdi. Aslanov müşavirəni bağlayanda, səsini bir qədər də ucaltdı: - Bakıda tufan başlanır. Biz bu gündən daha ciddi imlahan qar şısındayıq, Biz təbiətə, stixiyaya müharibə elan etməliyik ve bu müha ribədən qalib çıxmalıyıq. M əncə, aydındır, yoldaşlar. Hamınıza müvəffəqiyyətlər diləyirəm 262 < 2 v
SƏKKİZİNCİ FƏSİL
1 Dənizdə tufan başlanırdı. Külək getdikcə şiddətlənirdi. Səhər çox dan açılmışdısa da, göy üzü hələ də aydın görünmürdü. Mavi dənizin suları tutqun bir rəngə çalırdı. Dalğalar üzərində ağ köpüklər görün məsəydi, sulara mazut qarışdığını güman etmək olardı. Qaralmış buludlar cənuba doğru axışır, elo bil küləyin təqibindən baş götürüb hara isə qaçışırdı. Bu gün səhər növbəsinə düşmüş Tahir, ilk dəfə buruğa gələrkən, dənizdəki tufanlı günlərə dair Cəmildən eşitdiyi xəbərdarlığı unutdu