10
qranitlər, dioritlər, qabbro, nefelinli siyenitlər, peridotit və bir sıra az
yayılanlar aiddir. Yerin səthinə axıb tökülən yaxud az dərinlikdə
qalıb soyuyan süxurlara vulkanik yaxud effuziv süxurlar deyilir. Bu
süxurlar üçün kiçik kristallik struktur xarakterikdir. Bunlara
bazaltlar, traxitlər və andezitləri aid etmək olar. Maqmatik süxurlar
yerin səthində müxtəlif təsirlərdən aşınaraq xırda qırıntılar şəklində
dağılıb çaylar, külək vasitəsilə su hövzələrinə toplanaraq çökmə
süxurları əmələ gətirir.
Çökmə və effuziv süxurlar tektonik hərəkətlər nəticəsində
Yerin dərin qatlarına düşürlər və orada təzyiq və temperatur məruz
qalır və yeni xassəyə malik süxurlar əmələ gətirirlər. Bu yolla əmələ
gələn süxurlara metamorfik süxurlar deyilir. Belə süxurlar intruziv və
püskürmə süxurlarından da əmələ gələ bilər. Bunları yayılmasına
görə belə yerləşdirmək olar: qneyslər, şistlər, kvarsitlər və
mərmərlər. Bu adları çəkilən süxurlar Yer qabığnda 35-40 km
dərinliyə qədər yayılıblar, bəzi ərazilərdə Yer qabığının 70 km-nə
qədər çatır.
Dostları ilə paylaş: