Mineralların elektrik müqaviməti.
Hər hansı çox fazalı
aqreqatların fiziki sahəsi öyrənildikdə hər şeydən qabaq ilkin
komponentin fiziki xassəsi haqda məlumatın alınması sualı meydana
çıxır, belə ki, əsasən bu aqreqatın xassəsini təyin edir. Süxurun
downloaded from KitabYurdu.org
26
elektrik müqavimətinin belə geniş diapazonda 20 tərtibə yaxın
olması əsasən süxurun tərkibində olan minerallar və onun miqdarca
nisbətindən, həmçinin elektrik xassələrindən asılıdır.
Bütün minerallar müqavimətin qiymətinə görə keçirici,
yarımkeçirici və dielektriklərə ayrılır. Əksər minerallar nəticə
etibarilə anizotrop maddədir. Süxurların quruluşunda anizotropiya
müxtəlif fiziki xassələr yaradır, bu müxtəlif kristallik oxlar
istiqamətində elektrik müqavimətinin müxtəlifliyinə gətirib çıxarır.
Bundan başqa süxurun tərkibində olan nəmlik süxurların elektrik
müqavimətinə, ələlxüsus da çökmə süxurlarına nəzərə çarpacaq
dərəcədə təsir edir.
Mədən geofizikasında təyin olunan xüsusi müqavimət adətən
om m-lərlə ölçülür, nəzəri və laboratoriya ölçmələrində om s (1 om
m=100 om sm) kimi ifadə olunur. Keçirici minerallar təbii külçə
şəklində rast gəlinir. Geniş yayılmışların xüsusi müqaviməti
cədvəldə verilmişdir. Metal və yarımkeçiricilərdə və dielektriklərdə
aşqarlar nəzərə çarpacaq dərəcədə müqavimətin qiymətinə təsir edir.
Ən böyük təsiri mineralda kristallik strukturun pozulması zamanı
özünü göstərir. Külçə metalların elektrik keçiriciliyi sərbəst
elektronlarla baş verdiyindən böyük əhəmiyyət kəsb edir.
Yarımkeçirici xüsusiyyətə və az müqavimətə malik minerallar
aşağıdakılardır: pirit, qalenit, pirrotin, nikelin, xalkopirit, bornit, orta
və yüksək müqavimətə malik olan minerallar vismut, ilmenit, taqorit,
sfalerit, boksit, maqnetit, volfromit, xromit və s.
Polikristallik elektrik müqaviməti kristalın istiqamətindən,
ölçüsündən və sıxlığından asılıdır. Xüsusilə, müqavimətin qiymətinə
onun sıxlığı təsir edir. Polikristallik qrafitdə anizotropiya
monokristallik qrafitə nisbətən zəifdir. Sintetik maqnetit kristal otaq
temperaturunda üç istiqamətdə eyni keçiriciliyə malikdir, ancaq 170
müqavimətin qiyməti
[111]
:
[100]:
[110]
=5: 3: 2. Pirit mineralında həm
deşik, həm də elektron keçiriciliyinə rast gəlinir. Üçüncü qrup
minerallar böyük müqavimətlidir, bunlar dielektriklərə aiddir.
Bunlardan çoxu Yer kürəsində süxur əmələ gətirən mineral kimi
yayılmışdır. Bunların elektrik keçiriciliyi cədvəldə verilmişdir. Bu
downloaded from KitabYurdu.org
27
qrupa aid olan mineralların elektrik müqaviməti geniş hüdudda
dəyişir. Bu onun kimyəvi tərkibindəki aşqardan və yataqdan asılıdır.
Dostları ilə paylaş: |