§ 49. Çöl qravimetrik müşahidələrin kameral hesablanması
Qravimetrik müşahidələrdən alınan nəticələrin hesablanması
gündəlik və kameral hissəyə bölünür. Gündəlik hesablamalar planal-
ma vaxtı keyfiyyətli nəticələrin almasını təmin etməlidir. Bu
hesablamalar aşağıdakıları özündə birləşdirir: adi və nəzarət mən-
təqələrində müşahidələrdən alınan qiymətlərin hesablanması,
sərbəstdüşmə təcilinin ölçülən qiymətinin hesablanması, dayaq şəbə-
kəsinin bərabərləşdirilməsi, normal sahənin nəzərə alınması, yük-
səkliyə görə düzəlişin aparılması, aralıq layların çazibəsi, nəhayət
anomaliyanın hesablanması da buraya daxildir.
Hesablamalar mütəmadi olaraq çöl işləri aparılan müddətdə
yerinə yetirilir. Bu hesablamalar iki dəfə aparılır və hər iki hesablama
tutuşdurulur. İlkin materialları maşınla hesabladıqda xəta buraxma-
maq üçün nəzarət olunur. Çöl işləri dövrü qravitasiya anomaliyasının
xəritəsi hazırlanır, xəritədə Buqe düzəlişləri nəzərə alınır.
Kameral hesablamalar çöl işləri qurtardıqdan sonra aparılır. Bu
hesablamalarda aşağıdakılar nəzərə alınmalıdır: tədqiqat aparılan
ərazidə Yer səthinin quruluşunu nəzərə alan düzəliş, aralıq layların
sıxlığının dəqiqləşdirilməsi, məntəqələrarası laylarda müxtəlif sıxlığa
malik olan süxurlarda qravitasiya anomaliyasının hesablanması, mü-
downloaded from KitabYurdu.org
153
xtəlif düzəlişlərlə xəritənin qurulması və nəhayət, alınan nəticələri
geoloji təsvir edilir.
Ən axırıncı düzəliş cihazın sıfır nöqtəsinin yerdəyişməsinə
görədir ki, bu da dayaq nöqtəsində ölçmələrlə hesablanır.
Sərbəst düşmə təcilini hesablanılan zaman düzəlişlər verilir.
Bunlar aşağıdakılardır: təcilin normal qiymətinə, müşahidə məntəqə-
sinin dəniz səviyyəsindən yüksəkliyinə; məntəqələrarası layların
təsirinə və Yer səthinin quruluşunun təsirinə görə verilən düzəlişdr.
(§ 29 bax).
Sərbəstdüşmə təcilinin anomaliyasının dəqiqliyini qiymətlən-
dirmək üçün orta kvadratik xəta E
a
aşağıdakı düsturla hesablanır.
E
a
=
р
с
й
Б
няз
ади
.
.
2
2
2
2
2
0
Burada E
a
adi , E
dayaq
uyğun olaraq adi və dayaq nöqtələrində
hesablanılan orta kvadratik xətalardır.
E
B
, E
0
,
E
r
uyğun
olaraq Buqe düzəlişinin, normal sahəyə və relyefə
görə düzəlişlərin orta kvadratik xətasıdır.
Anomal qiymətlərdən hesablanmış nöqtələr qrafiki olaraq
xəritə şəklində verilir. Eyni qiymətə malik nöqtələri izoxətlərlə
birləşdirirlər. İzoxətləri müəyyən hüdudda (intervalda) aparırlar ki,
buna izoanomalın en kəsiyi deyilir. İzoanamalıi en kəsiyi
planalmanın miqyasından asılı olaraq seçilir. (§36 bax).
Hesablama maşınlarını tətbiq etməklə hesablamalara sərf olunan
vaxta qənaət olunur, dəqiqlik artır, ona sərf olunan xərclər azalır.
Sıxlığı təyin etmək üçün kəsilişdə süxurların açıq yerlərindən
nümunələr götürülür. Bu nümunələr 150—200 q çəkisində olmalıdır.
Hər müxtəlif növ süxur üçün bu nümunənin hər birindən 50—100
nümunə düzəldilir. Götürülən nümünələr geoloji kəsilişi tam təsvir
etməlidir. Çoxlu nəmliyə malik süxurların sıxlığını təzə, nəmliyini
itirməmiş süxurlarda təyin edirlər.
Bərk süxurların sıxlığını hidrostatik çəkmə yolu ilə xüsusi olaraq
düzəldilmiş densitometrlə təyin edirlər. Nümunənin kütləsini havada
çəkirlər r
1
və sonra ipdən asıb suda çəkirlər r
2
və aşağıdakı düstürla
sıxlığını hesablayırlar.
downloaded from KitabYurdu.org
|