Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   64   65   66   67   68   69   70   71   ...   168
geofiziki kesfiyyat usullari

 
 
§46. Qravimetr haqqında qısa məlumat 
Bütün qravimetrlər sərbəstdüşmə təcilinin nisbi qiymətini 
təyin etmək üçün isifadə olunur. Bir məntəqədə təcilin tam qiymətini 
downloaded from KitabYurdu.org


144 
yox, nöqtəyə nisbətən sərbəst düşən cismin təcilinin dəyişməsini 
təyin edirlər. Sadə qravimetr yaylı tərəzi prinsipi əsasında qurulub 
(şəkil 47), yəni yaydan asılmış yükə təsir edən qravitasiya sahəsinin 
qüvvəsi yayın elastiklik qüvvəsi ilə tarazlaşır. Bu halda yaydan asılan 
yük irəlləmə hərəkəti edir. Sərbəst düşən cismin təcili ilə yayın 
elastiki qüvvəsi arasında olan tarazlıq aşağıdakı şəkildə ifadə olunur. 
Şəkil
47. 
Yaylı qravimetrin sxemi.
mg=


burada yayın elastiklik əmsalı, 1 yayın uzunluğudur. Burada yayın 
uzunluğunu dəqiq təyin etmək mümkün olmadığı üçün ölçməni iki 
məntəqədə aparırlar.
mg
1
- mg
2


(l
1
- l
2
)

g=

l/mm
Buradan görünür ki, sərbəst düşən cismin təcilinin dəyişməsi yayın 
uzanmasına səbəb olur. 
Elastiki sistemin quruluşuna görə qravimetrlər üç qrupa 
bölünürlər: I. kvars saplı
2. metallik 3. qaz vasitəsi ilə. 
Qravi axtarış işlərində geniş istifadə olunan kvars sapdan 
asılan astazirləşmiş sistemli qravimetrlərdir. QAK-3M, QAK-4M, 
QAK-PT, KBT-1M, QAK-6, KNU-KS, KNU-KA. 
downloaded from KitabYurdu.org


145 
Bütün qravimetrlər şaquli Qolitsin seysmoqrafları əsasında 
qurulub. Hər özündən sonra hazırlanan qravimetr daha dəqiq və 
əvvəlkinin təkmilləşmiş formasıdır. 
Qravimetrlər üç əsas hissədən ibarətdir: 1. Cihazın özü, yəni ölçmə 
sistemi; 2. Xarici gövdə hissəsi (qabı); 3. Xarici temperaturdan 
qorunmaq üçün termostat (qab şək 48a). 
Şəkil
48
. Kvars qravimetri. 
A-qravimetrin sxemi; 1 Kvars sistemin gövdəsi. 2-Cihazın metal gövdəsi. 
3-İstilikdən mühafizə qatı. 4. Qulp 5.Optik sistem yerləşdirilən orta hissə. 
6. Ölcməni müvazinətə gətirmək üçün qurğu. 7. Düar qab. 8. Üst qapaq. 9. 
Cihazı tarazlamaq üçün vint. 10. Hesabat gətürmək üçün qurğu. II. İş-
ıqlandırıcı lampanın patronu. 12. Okulyar. b) Qravimetrin elastik sisteminin 
sxemi. 1-. Rəqqas. 2-kvars sap. 3-Çərçivə. 4-Əsas yay. 5-Diapazon yayı. 6-
Ölçməni müvazinəta kətirmək üçün qurğu. 
Bu cihazların quruluşu, elastik sistemə təsiri və əsas hissələri 
demək olar ki, eynidir. Ölçmə əməliyyatı və cihazın işə hazırlanması 
prinsip etibarı ilə bir-birindən heç fərqlənmir. Kvars qravimetrlərin 
downloaded from KitabYurdu.org


146 
əsasını onun elastiki hissəsindən ibarətdir, bu kvars sapa 
yapışdırılmış rəqqasdan ibarətdir, kvars. sap tarım çəkilərək
qravimetrin çərçivəsinə bağlanılır (şəkil 48b). Rəqqasın tarazlıq 
vəziyyəti kvars sapın burulma elastik qüvvəsi hesabına (üfüqi müstə-
vidə) bir də əsas yayın elastiklik qüvvəsi hesabına yaradılır (əldə 
olunur). Prinsip etibarı ila sistemin işi kompensasiya üsuluna 
əsaslanır. Nəticə aşağıdakından ibarətdir. Sərbəstdüşmə təcili 
dəyişdikdə rəqqasın ilk tarazlıq vəziyyətindən kənara çıxması o vaxta 
qədər davam edir ki, yayı deformasiyaya məcbur etdirən qüvvə və 
kvars sapın burulma elastik qüvvələri təcilin dəyişməsi ilə 
tarazlaşsın. Rəqqası üfuqi vəziyyətə gətirmək üçün qravimetrdə 
tarazlaşdırcı sistem qoyulmuşdur, bu ölçü yayı və hüdudlarla təqdim 
olunur. Xariçi qabda qoyulmuş mikrometrik vintlə 2 (şəkil 48 bax) 
ölçü yayı o qədər fırladılır ki, rəqqasın kölgəsi mikroskopun 
borusunda olan sıfır bölgüsü ilə üst-üstə düşsün. Sərbəstdüşmə 
təcilinin qiymətini hesabat şkalasından mikrometrin fırlanma 
dövrlərindən götürürlər. ölçülən qiyməti sərbəstdüşmə təcili 
vahidlərinə çevirmək üçün (milliqal) əvvəlcədən cihazın ölçmə 
sistemindəki şkalanın bir bölgüsünün qiyməti ilətəyin olunur. 
Şkalanın bir bölgüsünün qiyməti mikrometrin bir dövrünə düşən 
milliqalın sayıdır. Qravimetrin dərəcələnməsi çöl işinə başlamazdan 
qabaq, həm də iş qurtardıqdan sonra aparılır. Eyni zamanda hər dəfə 
qravimetr təmirdən çıxdıqdan sonra dərəcələmə işi məcburi 
aparılmalıdır. Dərəcələmənin dəqiqlyi, planalınmanın dəqiqliyindən 
asılıdır. 
Qravimetrlər sərbəstdüşmə təcili məlum olan məntəqələrdə 
dərəcələdikdə ölçmələri üç-beş məntəqədə aparmaq lazımdır 
(Qravimetrik təcrübə meydanı). Əgər sərbəstdüşmə təcilinin iki 
məntəqədə dəyişməsi 

g -dirsə, onda birinci məntəqədə ölçülən 
qiymət n
1
, ikincidəki n
2
, onda şkalanın bir bölgüsünün qiymətini 
təyin etmək üçün sərbəstdüşmə təcilinin dəyişmə qiymətini bu iki 
məntəqədə götürülən qiymətlər fərqinə bölsək, ala bilərik 
C=



2
1
n
n
g
n
g


downloaded from KitabYurdu.org


147 
Bütün məntəqələrdə aparılan hesablamaların qiymətlərinin orta 
hesabi qiyməti şkalanın bir bölgüsünün qiyməti kimi götürülür. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin