downloaded from KitabYurdu.org
149
XII Fəsil
ÇÖLDƏ QRAVİKƏŞFİYYAT İŞLƏRİ
§48. Çöl qravikəşfiyyat üsulları
Resqublikamızda qraviplanalma, qravikəşfiyyat üsulunun tex-
niki əsasnaməsinə əsasən aparılır. Qravimetrik planalmanın dəqiqliyi
adi və nəzarət məntəqələrində ölçmənin dəqiqliyindən, hündürlüyün
təyin olma dəqiqliyindən, sərbəstduşmə təcilinin normal qiymətinin
təyin olunma dəqiqliyindən və relyefə görə verilən düzəlişdən
asılıdır. Qravikəşfiyyatın əsasnaməsinə əsasən planalmanın miqyası
elə sıxlığa, dəqiqliyə və sərbəstduşmə təcilinin elə anomal qiymətinə
malik olmalıdır ki, bunun köməyi ilə qurulan qravitasiya anomaliya
xəritəsi miqyasa uyğun gəlsin.
Hesabat xəritəsinin miqyası - 1:1000000
1:500000 1:200000 1:100000
İzoanomaliyaların en kəsiyi mQal 5 2 1
Hesabat xəritəsinin miqyası — 1:50.000 1:25.000 1:10.000
İzoanomaliyanın en kəsiyi mQal 0,50-0,25 0,25-0,20 0,2-0,1
Qravikəşfiyyat işləri müxtəlif geoloji məsələlərin həlli üçün
istifadə olunur. Regional qravikəşfiyyat işləri geoloji zonaların
xəritəyə alınmasında, böyük geoloji strukturların, tektonik
rayonlaşdırılmasında geniş istifadə olunur. Bu o məqsədlə aparılır ki,
əhəmiyyət kəsb edən ərazilərdə daha dəqiq işləri aparmaq üçün
geoloji və geofiziki üsullar istifadə oluna bilsin. Hərtərəfli dəqiq
qravi kəşfiyyat işləri o vaxt aparılır ki, orada geoloji axtarış məsələsi
həll olunur: I. Neft və qazla əlaqəli ərazilərin tektonik quruluşunun
öyrənilməsi. 2. Böyuk faydalı qazıntılarla zəngin olan ərazilərin və
yaxud süxurların yayılma istiqamətinin təyini. 3. Faydalı qazıntıları
özündə cəmləşdirmə şəraitinə malik olan yerlərin strukturların aşkar
edilməsi və s.
Qravikəşfiyyatla tədqiq olunan ərazilərdə sərbəstdüşmə təcilinin
nisbi qiyməti təyin olunur. Qarşıya qoyulan məsələdən, planalmadan
və fiziki geoloji şəraitdən asılı olaraq çöl işləri üsulları işlənib
hazırlanır.
downloaded from KitabYurdu.org
150
Öz xüsusiyyətlərinə görə qravimetrik planalma ya profil
(marşrut) üzrə, ya da müəyyən sahə üzrə aparılır.
Profil üzrə planalma bir-birindən xeyli uzaqda ayrı-ayrı
yerləşən düz xətt üzrə aparılır, bu ölçmələr həmin xətt üzrə
sərbəstdüşmə təcilinin təyin olunmasına imkan verir. Eyni zamanda
belə planalma Yer qabığının quruluşunu təyin etmək üçün aparılır.
Bunu müəyyən ölçüyə malik olan geoloji hədəflərin öyrənilməsi,
böyük tektonik blokların bir-birinə toxundüğu çatları, qırımları və
laylarda yerləşən yataqların intensivliyinin təyini və etalon ərazidə
anomaliyanın
xüsusiyyətlərinin aşkar edilməsi, qravimetrik
planalmanın bu ərazidə aparılmasının səmərəliliyini və bu işləri
aparmaq üçün üsulun seçilməsi və nəhayət dəqiq araşdırma
profillərinin çəkilməsində istifadə olunur. Profil planalma mütləq
şərti qəbul edilmiş hündürlükdə aparıla bilər, yəni sərbəstdüşmə təcili
məlum olan məntəqə ilə heç bir əlaqəsi olmayan ərazidə.
Açıq sahələrdə planalma müəyyən sxem üzrə aparılır ki, bu
da tədqiqat aparılan sahədə sərbəstdüşmə təcilinin izoanomal
xəritəsini qurmağa imkan verir. Açıq sahələrdəki planalma eyni
bərabərlikdə (bir ölçüdə) aparıla bilər, əgər profil boyu müşahidə
məntəqələri arasındakı məsafə və profillərarası məsafə dəyişmirsə
buna bərabər planalma deyilir, qeyri-bərabər planalma o vaxt adlanır
ki, profillər arası məsafə müşahidə məntəqələri arasındakı məsafəyə
nisbətən (bu nisbət 5:1-dən çox olmamalıdır) azdır. Açıq ərazidə
planalmada əsasən müşahidə məntəqələri şəbəkədə kvadrat formada
seçilir.
Kvadrat
şəbəkədən
kənaraçıxma
sahənin
geoloji
quruluşundan və sahənin xüsusiyyətindən asılıdır. Qeyri bərabər
planalma, bərabər planalmaya nisbətən daha tez-tez istifadə olunur.
Bu həm istehsal baxımından, həm də aprılmanın formasının uzunsov
olmasından irəli gəlir.
Müşahidə məntəqələrinin şəbəkə sıxlığı planalma qarşısında
qoyulan məsələdən, ölçülərdən, gözlənilən anomaliyanın intensivli-
yindən, hesabat xəritəsində seçilmiş izoanomalın en kəsiyindən asılı-
dır. Şəbəkənin sıxlığı axtarış və kəşfiyyat üçün maraq kəsb edən
downloaded from KitabYurdu.org
151
hədəfin aşkar edilməsini və geoloji məsələləri həll etməyə kömək et-
məlidir.
Sərbəstdüşmə təcilinin anomaliyasını o vaxt etibarlı hesab
etmək olar ki, bu üç profil üzrə müşahidə məntəqələrində anomaliya
açıq aşkar ayrıla bilsin. Axtarış planalmada sərbəstdüşmə təcilinin
anomal qiymətinin orta kvadratik xətası
5
1
-dən böyük olmamalıdır,
regional planalmada isə həmin obyekt tərəfindən yaranan lokal
anomaliyanın qiymətinin 1/3-dən çox olmamalıdır. Açıq sahələrdə
profilli müşahidələr düz xətt boyunca aparılır və öyrənilən hədəfin
uzandığı istiqamətə perpendikulyar olaraq iki-üç eninə profillərlə bir-
biri ilə əlaqələndirilir. Tədqiqat aparılan sahələrdə başqa geofiziki
üsulların profili keçirsə və yaxud qazma işləri aparılırsa, onda
qravimetrik profil bu profillərlə birləşdirilməlidir.
Qravimetrik planalmada geodeziya işləri də aparılır. Bu işlər
müşahidə məntəqəsinin koordinatlarının və hündürlüyünün dəqiq
təyin edilməsini təmin etməlidir.
Çöl dayaq şəbəkəsi partiyanın işciləri tərəfindən çöl işi başla-
mamışdan qabaq,yaxud planalma vaxtı yaradılır. Dayaq məntəqələri
ərazidə bərabər yerləşdirilir, bu məntəqələrə getmək rahat olmalıdır,
Yeri yaxşı tanınmalıdır. Planalmanın miqyasından asılı olaraq
istinad müşahidə məntəqələri arasındakı məsafə bir neçə yüz metrdən
20-30 km-ə qədər dəyişə bilər.
Çətin keçilən ərazilərdə planalma işlərini eyni zamanda üç
qravimetrlə aparmaq məsləhət görülür. Beləliklə, bir qravimetrlə
alınmış səhv qiyməti nəzərə almaya bilərik.
Sərbəstdüşmə təcilinin müşahidə olunmuş qiymətinin orta
kvadratik xətası məntəqədə aşağıdakı formula ilə təyin edilir.
a
=
n
2
downloaded from KitabYurdu.org
152
burada
g- nin ölçülən qiymətinin orta qiymətdən kənara
çıxmasıdır; N-ümumi ölçmələrin sayı, yəni müşahidə məntəqələrində
ölçmələrin sayı, n isə ölçmə məntəqələrinin sayıdır.
Yer səthi planalma ilə yanaşı qravi kəşfiyyat işləri dağ
mədənlərində, gəmilərdə və təyyarələrdə aparılır. Dənizdə aparılan
tədqiqatlarda ən böyük dəqiqlik (0,1-1mQal) dənizin dibində aparılan
ölçmələrdə mümkündür, bunun üçün suyun altında gəmidən və ya
vertolyotdan idarə oluna bilən qravimetrlərdən istifadə olunur.
Dərinlik 200 metrə qədərdir.
Havada aparılan qravimetrik planalma böyük sürətə görə çox
aşağı dəqiqliyə malikdir (5-10 mQal). Bu ölçmələr qravitasiya
sahəsini ümumilikdə müzakirə etmək üçün istifadə olunur.
Dostları ilə paylaş: |