Xələfli A. A


XIV. FƏSİL ELEKTRİK KƏŞFİYYATININ NƏZƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə78/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   74   75   76   77   78   79   80   81   ...   168
geofiziki kesfiyyat usullari

XIV. FƏSİL ELEKTRİK KƏŞFİYYATININ NƏZƏRİ
ƏSASLARI 
 
§ 54. Süxurların və filizlərin elektrik xassələri 
Müxtəlif elektrik axtarışları üsullarının tətbiq (istifadə) olunması 
hədəflərin və bu hədəfləri özündə yerləşdirən süxurların müxtəlif 
elektrik xassəsinə malik olmasına əsaslanıb. Elektrik kəşfiyyatında 
süxurların elektrik xassələrindən istifadə olunur. Bunlardan ən vaçibi 
və bütün üsullarda ölçüləni süxurun xususi müqavimətidir Bunun 
ölçüləri aşağıdakı formul ilə təyin olunur ki, buna keçiricilərin 
müqaviməti deyilir. 
R=
s



Rsl 
Burada I keçiriçinin uzunluğu, metrlə s-keçiricinin en kəsiyinini 
sahəsidir. Xususi elektrik müqavimətinin ölçü vahidi Ommetr qəbul 
olunub (Om.m). Xususi elektrik müqaviməti dedikdə bir kub metr 
süxurun istənilən üzü istiqamətinə perpendikulyar buraxılan elektrik 
cərəyanına göstərilən təsirdir. Bəzi hallarda elektrik kəşfiyyatında 
xususi elektrik keçiricilyi məfhümu istifadə olunur. Bu kəmiyyət 
xususi elektrik müqavimətinin əks qiymətidir. 

. Bunun ölçü 
vahidi BS beynəlxalq vahidlər sistemində simens bölünsün metr 
(Sim/m) - dir. 
Süxurlar elə aqreqatdır ki, onun daxili minerallardan təşkil olun-
ub, içində olan boşluqlar isə qaz və yaxud maye ilə dolmuşdur. Ona 
görə də süxurun xususi müqaviməti onu təşkil edən mineralların 
xususi müqavimətindən, miqdarından, ölçülərindan, formasından, 
boşluqların yerləşməsindən, bu boşluqların maye ilə dolma 
dərəcəsindən və mayelərin tərkibindəki mineral duzların miqdarından 
asılıdır. 
Mineralları xususi müqavimətinə görə üç qruqa bölmək olar. 
1. Pis keçiriçilər 

>10
8
Om.m. Bu qrupa demək olar ki, bütün sili-
katlar aiddir: kvars, daş duz, təbii kükürd, mika, neft və başqaları. 
downloaded from KitabYurdu.org


165 
2. Orta keçiriçilikli 

= 10
2
-10
7
Om.m. bu, bir neçə silikatlarla 
(serpentin), karbonatlarla (siderit) və çoxlu oksidlərlə (hematit, ilme-
nit, qonur daş kömürü, tərkibində duz olmayan su və başqaları ilə 
təmsil olunur. 
3.Yaxşı keçiricilər 

<10 Om.m. buraya təbii mis, gümüş, 
sulfidlərin çoxu, bir neçə oksidlər (maqnetit, titanomaqnetit), qrafit, 
antrasit kömürü, duzlu sular (lay suları, dəniz suları) daxildir. 
Demək olar ki, bütün süxur əmələ gətirən minerallar gips, filiz 
mineralları isə yaxşı elektrik keçiriciliyinə malikdir. Yaxşı keçirici 
minerallar süxurda adətən az olur. Əgər keçirici minerallar süxurun 
tərkibində düzülərək bir-biri ilə əlaqəli sementlənibsə, yaxud da 
damar şəklində düzülibsə və süxuru dəlib keçirsə, onda süxur 
elektrik çərəyanını yaxşı keçirəcək (müqavimət azdır). Əgər filiz 
mineralları süxurun tərkibində bir-birindən sementlə və başqa pis 
keçirici minerallarla əhatə olunubsa, bunlar arasında birləşdirici bir 
əlaqə yoxdursa, cərəyan keçməyə yol yoxdursa, onda süxurun 
müqaviməti çox olur. 
Süxurun tərkibində mineral və boşluqlar xaotik olaraq 
yerləşiblərsə, süxurun xüsusi müqaviməti istənilən istiqamətdə eyni 
olaçaq, belə süxurlara izotrop süxurlar deyilir, cünki belə süxurlar 
elektrik cərəyanını bütün istiqamətlərdə eyni cür keçirirlər (şəkil 54 
a). Süxurun tərkibində boşluqlar və minerallar uzununa yerləşirsə, 
belə süxurlara anizotron süxurlar deyilir, Belə süxurdan cərəyan 
buraxdıqda müxtəlif isti qamətlərdə keçiriçilik müxtəlif olaçaq (şəkil 
54 b), yəni müxtəlif istiqamətlərdə süxurun xususi müqaviməti 
müxtəlif
downloaded from KitabYurdu.org


166 
Şək.
54.
Xususi elektrik müqavimətinin süxurun teksturasından 
asılılığı. Süxurlar a. bircinsli; v. qeyri-bircinsli. 
olaçaq. Xususi müqaviməti-

1
süxurların laylanma istiqamətindəki 
qiymətinə; uzununa müqavimət təbəqələşməyə perpendikulyar istiqa-
mətə,

n
-ə isə eninə müqavimət dnyilir. Uzununa müqavimət, 


həmişə eninə müqavimətdən kiçikdir 

l
, < 

n. 
Anizatroniyanı miqdar 
etibarı ilə təsvir edən kəmiyyətə mikroanizatropiya əmsalı deyilir bu 


=
l
н


kimi ifadə olunur. Bu 


əmsal izotrop süxurlar üçün 1-
dən 2-yə kimi, anizatrop süxurlar üçün isə 2-dən çox olur. 
İçərisində boşluqları çox olan süxurlar o vaxt böyük keçiriciliyə 
malik olurlar ki, həmin boşluqlar yaxşı keçiricilikli elektrolitlərlə 
kifayət qədər dolmuş olsun. Elektrolitlər müqavimətlərinə görə bir-
birindən tərkibində həll olunan duzların miqdarına (zənginliyinə) və 
temperaturuna görə fərqlənirlər. Süxurun boşluqlarına dolan mineral 
suların tərkibində duzların miqdarı nə qədər çox olsa, süxurun xüsusi 
müqaviməti bir qədər az olur. Böyük keçiricilikli mineral sulara 
yeraltı sular, dənizlərin suları aiddir. Yağış, göl və çay sularında 
mineral duzlar az olur və böyük xususi müqavimətə malikdirlər. 
Müqavimət temperaturdan asılıdır: temperatur artdıqca müqvimət 
azalır, azaldıqca müqavimət artır. Donmuş maye və süxurlar böyük 
xüsusi müqavimətə malikdir. Süxurlarda olan məsamələr neft və 
başqa pis keçirici mayelərlə və qazla dolduqda süxurun xususi müqa-
viməti artır. Əsas süxurlar çökmə, püskürmə və metamorfik süxurlar 
downloaded from KitabYurdu.org


167 
daxilində müxtəlif boşluqlara malikdir. Bu səbəbdən həmin süxurlar 
müxtəlif müqavimətli olacaqdır.Çökmə süxurlar kiçik müqavimətli 
olur (10
-1
- 10
6
Om.m. Ən az müqavimətə ən çox boşluğu olan və 
böyük nəmliyə malik olan süxurlar malikdir: gilli qum daşları, 
alevrolitlər (10
-1
–10
2
Om.m). Quru qumlar və az məsaməli çökmə 
süxurlar-kips, daş duz, anhidrid (10
4
-10
6
Om.m) böyük müqavimətə 
malikdir. 
Püskürmə süxurları kiçik məsaməliyə malikdir, ona görə də 
böyük xüsusi müqavimətlidir(10
2
–10
5
Om.m). Bəzən bu süxurlarda 
müqavimət süxurun çatlığı və bu çatların mineral sularla dolması və 
yaxşı keçirici mineralın (qranitlər 

= 10
2
- 10
5
Om.m dioritlər 10
4
-
10
5
Om.-m , qabro 10
2
- 10
5
Om.m ) olması hesabına böyük 
keçiricilikli və yaxud kiçik xususi müqavimətli olurlar. 
Metamorfik süxurlar çökmə və puskürmə süxurları arasında 
müqavimətinə görə aralıq vəziyyətdədir. Metamorfikləşmə dərəcəsi 
artdıqca müqavimət də artır, yəni həm məsaməlilik, həm də nəmlik 
azalır. 
Filizlərin xususi müqaviməti filizin tərkibindəki yaxşı keçirici 
mineralın faizindən, quruluşu və xarici əlamətlərindən, pis keçirici 
minerallarla qarşılıqlı müvazinətindən asılıdır. Böyük keçiriciliyə 
kolçedan və polimetallik filizlər malik olur. Piskeçirici filizlərə 
sfalerit, arsenoqirit, sulfid oksidləri daxildir. Süxurların xususi 
elektrik müqavimətinin geniş miqyasda dəyişməsini nəzərə alaraq 
mütləq hər rayonda bunu öyrənmək vacibdir. 
Bundan başqa, süxurların fiziki xassələri: dielektrik nüfuzluğu 

və qütbləşmə meyarı 

öyrənilir. Dielektrik nüfuzluğu 

göstərir ki, 
dielektriklərdə elektrik sahəsinin gərginliyi 


havada olan elektrik 
sahəsinin gərginlyindən neçə dəfə azdır. Dielektrik nüfuzluğu 
ölçüsuz kəmiyyətdir və yüksək tezlikli elektromaqnit sahələrində 
ölçmələr apardıqda böyük əhəmiyyət kəsb edir. Sabit cərəyanla 
işlədikdə 

-nun qiyməti vahidə yaxın olur. 
Qütbləşmə t süxurun bərk və maye səthlərində gedən fiziki-kim-
yəvi proseslərdən asılıdır. Sabit və yaxud dəyişən cərəyanın təsiri ilə 
downloaded from KitabYurdu.org


168 
dielektriklərdə əlavə gərginlik yaranır, yəni törəmə elektrik sahəsi 
yaranır, Buna yaradılmış qütbləşmə (polyarizasiya) deyilir. 
Qütbləşmə bunu yaradan sahənin gərginliyindən yox, elektron və 
ion keçiriçi səthlərin ayrılma sahəsindən asılıdır. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin