Şək. 63. Donmuş laylarda süxurların elektrik kəşfiyyatı üsulu ilə
tədqiqi. (a) - boş çökmə süxurlarda ərimiş zonalar olaı sahələr üçün; su ilə
doymuş boş çökmə süxurların yerləşdiyi sahələr üçün (b) 1-köklu süxur; 2-
boş süxurlar; 3-ərimiş zona; 4-buz; 5-donmuş süxur altında suyun axma
istiqaməti.
§61. Şaquli elektrik zondlaması Şaquli elektrik zondlama üsulu dərinlikdə yerləşən süxurların
müqavimətinin dəyişməsini öyrənir. Ölçmə işləri çox hallarda sim-
metrik dördelektrodlu qurğularla aparılır, ölçüləri daimi olaraq artır,
buna baxmayaraq qəbulediçi elektrodlar arasında MN olan məsafə
sabit saxlanılır. Bəzən AB xətti uzrə cərəyan buraxılır və yerin dərin
qatlarını tədqiq edirlər. Qurğunun ölçüləri elektrik kəşfiyyatının
göstəriş kitabında verilir. Adətən AB/2 bərabər seçilir. 1,5; 3; 4,5; 6; 8;
10; 15; 25;40; 65; 100; 150; 230; 300; 450; 600; 800; 1000 metr. AB/2
qiymətinin dəyişməsi 1.5-dən 10 m-ə qədər, 15-dən 100 m-ə və 150-
dən 1000 m-ə qədər MN arasında olan məsafə uyğun olaraq 1; 10; 100
götürülür; AB və MN xəttini çölə getməmişdən qabaq hazırlayırlar
(şəkil 64). İkiqatlı üfüqi yatan kəsilişdə
1
>
2
halında şaquli
downloaded from KitabYurdu.org
185
zondlama əyrisi şəkil 65 a- da göstərilmişdir. Əgər kəsilişdə alt layın
müqaviməti
1
2
, onda şaquli zondlama əyrisinin forması 65 b
şəklini alır.
Şək .64.
Simmetrik şaquli elektrik zondlama qurğusu. K
1
-K
2
qidalandırıcı AO va BO naqillərin dolaqları
.
Fərz olunan müqavimət kəsilişi geoloji kəsilişin ümumi
xüsusiyyətlərini öyrənmək üçün istifadə edilir. Kəsiliş qurulduqda
şaquli olaraq hər məntəqədə AB/2-nin qiymətini loqarifmik
miqyasda qeyd edirlər (Şəkil 65). AB-nin hər paylanmasında (yəni
elektrodların bir birindən uzaqlaşdırılması)
f
-in qiymətləri Omm-lə
yazılır və izoxətlərin planı qurulur. Kəsiliş üzrə kəmiyyətcə təhlil
aparılır. 66-cı
şəkildən görünür ki,12 şaquli zondlama kəsilişin üst hissəsində ano-
maliya olduğunu göstərir, keçiriciliyi isə kiçik müqavimətli süxurun
əmələ gəldiyi sahəyə uyğundur. Şaquli zondlamada əyrilərin kə
miyyətcə təhlili daha tam geoloji nəticələr verə bilir, bunun köməyi
ilə kəsilişdə layların sayının qalınlığını və müqavimətini təyin edə
bilərik.
Üç üfüqi yatan laylı kəsilişlərdə şaquli zondlamanın
əyrisi dörd olur. A,K,Q,H (şəkil 67). Çoxlaylı əyrilər bir
neçə üç laylı əyrilərdən təşkil olunduğu kimi qəbul olunur.
downloaded from KitabYurdu.org
186
Şaquli zondlamada çox saylı əyrilərin təhlili nəzəri
hesablanmış (şəbəkədə) əyrilərlə müqayisə olunaraq
aparılır.