XVI FƏSİL. FİZİKİ-KİMYƏVİ MƏNŞƏLİ
ÜSULLAR
§62. Təbii elektrik sahəsi üsulu
Təbii elektrik sahəsi üsulu Yer qabığının səthinə yaxın sulfidli,
kobaltlı, qrafitli, maqnetitli, nikelli, antrasitli, piritli, pirrotinli və
kömürlü süxur layları ətrafında yaranan yerli elektrik sahəsinin
öyrənilməsinə əsaslanıb.
Təbii elektrik sahəsi yerdə insan müdaxiləsi olmadan elektrik
hərəkət qüvvəsi sayəsində kimyəvi, süzulmə və diffuziya prosesləri
zamanı baş verir.
Təbii elektrik sahəsi eyni zamanda məsaməli laylarda suyun
dövriyyəsi nəticəsində, filiz kütlələrinin sərhədində, yaxud da müxtə-
lif keçiricili iki layın sərhəddində, həmçinin yer altında süni
yaradılmış qurğuların ətrafında (su, qaz boruları, dəmir yolu relsləri)
yaranır.
Təbii elektrik sahəsinin yaranmasının əsas səbəbi fiziki-kimyəvi
proseslərdir, bu sulfid yataqlarında aşınma nəticəsində oksidləşmə və
bərpaolma reaksiyaları zamanı filiz kütləsinin iştirakı ilə baş verir.
İstənilən elektrik hərəkətverici qüvvəsi tərəfindən filiz kütləsində
polyarizasiya baş verir, onda həmin ərazi üzərində təbii elektrik
sahəsi müşahidə olunur. Kəsilişin üst qatı oksigenlə zəngin olur. Filiz
kütləsi su ilə oksidləşmə reaksiyasında iştirak edir, öz elektronlarını
ona verərək müsbət yuklu potensial əldə edir, bu kütləni özündə
yerləşdirən mühit isə yüklənərək mənfi potensiala malik olur (şəkil
70).
Kəsilişin alt hissəsində bərpaolunma reaksiyası nəticəsində filiz
kütləsi elektronları özünə birləşdirir və mənfi potensial yaradır,
kütləni özündə saxlayan mühit isə müsbət yüklü potensiala malik
olur. Yüklərin belə paylanması elektrik sahəsinin yaranmasına səbəb
downloaded from KitabYurdu.org
191
olur. Ona görə də filiz yataqları üzərində mənfi potensiallı elektrik
sahəsinin yaranmasına səbəb olur və müşahidə edilir. Mənfi
potensiala malik olan anomaliya filiz kütləsinin yerləşdiyi
dərinlikdən və onun ölçülərindən asılıdır.
Təbii elektrik sahəsi üsulu hidrogeoloji və dağ mühəndis
tədqiqatlarında, torpaq sularının axma istiqamətinin təyini, torpaq
layları altında çat suların çıxdığı yerin, su quyularında suyun süzülüb
yığılmasının və s.-nin öyrənilməsində ən geniş istifadə olunan
sahədir. Bundan başqa bu üsul faydalı qazıntıların yüksək keçirici
süxurların xəritəyə alınmasında geniş istifadə olunur. Təbii elektrik
sahəsinin ölçülməsi Yerin səthində, quyuda, yeraltı dağ mədən
istehsal yerlərində aparılır. Elektrodlar arasında potensiallar fərqinin
qiyməti M elektrodunun yerləşdiyi məntəqənin potensialı adlanır.
(şəkil 71 a 1,2,3 məntəqə).
Şək.
70. Sulfid yatağı üzərində təbii elektrik sahəsinin yaranması.
Potensial üsulla görülən iş qəbuledici elektrodlardan M birinin
yerini dəyişməklə aparılır, ikinci elektrod N ana xətt üzərində
tərpənməz yerləşdirilir və potensialın qiyməti həmin nöqtədə sıfır
qəbul olunur. Potensialın qiyməti əyri və bərabər potensial xəritəsi
kimi göstərilir (bax şəkil 72 a,b).
Potensialın izoxəttinin xarici görünüşü filiz kütləsi haqda ümumi
təsəvvür yaranmasına imkan verir. Layın oxunun kiçik qiyməti
downloaded from KitabYurdu.org
192
axtarılan hədəfin yerləşdiyinə uyğun gəlir. Mənfi anomaliyalar bir
qayda olaraq sulfid yataqları, kömür layları, antrasit və qrafit layları
üzərində əmələ gəlir.
Dostları ilə paylaş: |