198
Elektrik sahəsinin gərginliyini E ölçmək üçün sabit cərəyan
üsulunda olduğu kimi yeryə çalınmış qəbuledici elektrodlara MN
mikrovoltmetr birləşdirilir. MN elektrodları arasındakı məsafəyə aid
olan potensiallar fərqi MN kəsiyinin mərkəzində sahənin gərginliyinə
yaxın E qiymətini verir.
Maqnit sahəsinin gərginliyinin H qiymətini induktiv üsulla
qəbuledici çərçivə ilə ölcürlər. Kütlənin ölçüləri nə qədər böyuk olsa
və onun elektrik keçiriçilyi yuksək olsa, maqnit sahəsinin gərginliyi
H normal sahənin gərginliyinə nisbətən güclü olaçaq. İnduktiv
üsulun köməyi ilə yaranan və ölçülən elektromaqnit sahəsi elektrik
kəşfiyyatında mühüm üstünlüyə malikdir, bu nəinki üsulun istifadə
sahəsini genişləndirir eyni zamanda burada yerə elektrodlar ça
lmağa ehtiyac qalmır, həm də üsul qış mövsümündə iş aparan zaman
böyük əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: