İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 175 ____________________________
6/7-ni yoluxduran ShareFun makrovirusu geniş yayılır. Bu virus
çoxalmaq üçün həm MS Word-ün standart imkanlarından
istifadə edir, həm də öz surətlərini yaymaq, həmçinin İnternet
vasitəsi ilə göndərmək üçün MS-Mail elektron poçtdan istifadə
edir. Bu proqramı haqlı olaraq ilk mail-soxulcan hesab etmək
olar. Həmin ilin iyun ayında Windows 95 əməliyyat sisteminin
işinə maneçilik edən (əngəl törədən) özüşifrələnən virus
yaradılır.
1997-ci ilin aprelində yayilmasından ötrü File Transfer
Protocol (FTP) – dən istifadə edən ilk şəbəkə soxulcanı
yaradıldı.
1997-ci ilin dekabrında isə şəbəkə viruslarının yeni forması
olan mIRC soxulcanları meydana gəldi.
1998-ci ilin əvvəlində Win32.HLLP.DeTroie viruslar ailəsi
epidemiya yaratdı. Bu viruslar yerinə yetirilən fayllara
yoluxmaqla barabər öz “sahibinə” yoluxan kompüter haqqında
informasiya da göndərirdi.
1998-ci ildə Kaliforniyalı iki yeniyetmə virus hazırlayır və
bu virusla Pentaqonun 500-dən artıq kompüterini yoluxdurur.
1998-ci ilin fevralında Excel prposessorunda istifadə
olunan düsturları yoluxduran virusun daha bir yeni forması –
Excel4.Paix virusu aşkar edildi. 1998-ci ilin martında Microsoft
Access üçün ilk AccessiV virusu, eləcə də MS Office: Access və
Word kimi iki müxtəlif əlavəni yoluxduran Cross adlı ilk virus,
onların ardınca isə öz kodunu bir Office-əlavədən digərinə
keçirən daha bir neçə makrovirusu yaradılır.
1998-ci ilin fevral-mart aylarında ilk polimorf Win32-
viruslarla (Win95.HPS və Win95.Marburq) insident qeyd edildi.
1998-ci ilin mayında RedTea.n epidemiyası başladı. Bu virus
Windows-un EXE-fayllarına yoluxurdu və yoluxan faylları
Eudora elektron poçtu ilə istifadəçilərə yayırdı.