İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 75 ____________________________
struktur bazasına söykənir. Alqoritm 64 bitlik bloka və 56 bitlik
açara malikdir.
F raundun funksiyası səkkiz S-matris adlanan toplumdan
bəhrələnir. Hər bir matris 4 sətirdən ibarətdir, hər bir sətir isə
0-dan 15-ə qədər rəqəmlərin (uyğun olaraq 16 sütundan)
yerdəyişməsindən ibarətdir. Matrislər sərt verilmişdir.
Hər bir
matris 6 bitlik girişə malikdir və 4 bitlik nəticə verir. Girş
kəmiyyətinin birinci və axırıncı biti matrisin sətirini, yerdə qalan
dördü isə sütunlarını əks etdirir
.
Hesablamada ikilik say
sistemindən
istifadə olunur, sətirlərin və sütunların kəsişməsi
çevrilmənin nəticəsi olacaqdır. Burada F çevrilməsi aşağıdakıları
özündə əks etdirir:
1. 32 bitlik
R
i
bloku bəzi (bir para) 16 biti xüsusi cədvəlin
köməyindən istifadə etməklə, təkrarlamaq yolu ilə 48 bitə kimi
genişləndirilir.
2.Alınmış nəticə XOR əməliyyatının köməyilə 48 bitlik
K
i
altaçarından istifadə etməklə cəmlənir (üst-üstə yığılır).
3.Cəmlənmənin nəticəsi 8 altıbitlik
bloka bölünür və
onlardan hər biri uyğun S –matrisinin köməyilə yaradılır.
4.Nəticədə alınmış 32-bitlik blok dayaqlıq alqoritmində
sərt verilmiş yerdəyişməyə məruz qalır.
AÇIQLAMA
: S –matrisi DES alqoritminin ən şübhəli
(ikimənalı) hissəsi sayılır. Alqoritmin yaradıcıları onun dolma
prinsipini indiyə kimi agah etməyiblər. Sual olunur: nə üçün
bu matris seçilmişdir və alqoritm “gizli gediş”lərə malikdirmi?
Uzun illər boyu alqoritmin “sındırılması”na
edilən cəhdlər
səmərəsiz qalmışdır.
Uzun müddət ərzində
DES
ABŞ-ın federal standartı
olmuşdur. Alqoritm lazımı formada “
sürətli axın effektini”