İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə52/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 78 ____________________________ 
BLOK ŞİFRƏLƏRİNİN FƏALİYYƏT REJİMİ 
Şifrələmənin simmetrik alqoritmini iki kateqoriyaya 
bölmək olar: blok və arası kəsilməyən. 
Arası kəsilməyən 
alqoritmdə ilkin mətnin simvolları (baytlar və ya bitlər) ardıcıl 
şifrələnir. Buna klassik nümunə birdəfəlik bloknot və ya sadə 
dəyişmə şifrəsini göstərmək olar. Blok şifrələnmədə şifrələmə 
vahidi kimi blokdan (qeyd olunmuş bitlər ardıcıllığı) istifadə 
edilir ki, o da eyni uzunluqda olan şifrələnmiş mətn blokuna 
çevrilir. 
Blok şifrələmənin müxtəlif sahələrdə optimal istifadə 
olunan əsas dörd iş rejimindən istifadə edilir. 
1.
Elektron şifrələmə kitabı rejimi (ECB). Sadə və təbii 
üsuldur. Mətn bloklara bölünür və hər bir blok eyni açarla 
şifrələnir. Əsas çatışmazlığı ondan ibarətdir ki, eyni bloklar eyni 
şifrələndiyi üçün mühafizəni zəiflədir (böyük həcmli informasiya 
şifrələndikdə eyni hal baş verir). 
2.
Şifrələnmiş blokların qoşulma rejimi (CBC). Aşıq mətnin 
hər bir bloku şifrələnmədən öncə XOR əməliyyatının köməyilə 
növbəti şifrələnmiş mətnin blokları ilə bir-birinə bağlanılır 
(qoşulur). Birinci blok öncədən məlum olan 
installyasiya 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 79 ____________________________ 
olunmuş vektor ilə birləşir. Nəticədə açıq mətnin şifrələnmiş 
eyni blokları bir-birindən fərqlənirlər.
3.
Şifrələnmənin əks əlaqə rejimi (CFB). Burada əsas 
məqsəd blok şifrələnməsini (məsələn, 64 bitlik uzunluğa malik 
blok - DES) bir simvola görə şifrələnən (məsələn, ölçüsü j=8 
bit – CBC) blokların qoşulma rejiminə çevirməkdir. İdeya ondan 
ibarətdir ki, ilkin olaraq 64 bitlik bufer installyasiya olunmuş, K 
açarı ilə şifrələnmiş vektorla doldurulur (göndərənə və qəbul 
edənə məlum olan). Alınmış nəticədən böyük (sol) j bit seçilir 
və açıq mətnin birinci simvolu ilə XOR əməliyyatının köməyilə 
birləşdirilir. Nəticədə ilk şifrələnmiş simvol alınır. Sonrakı 
mərhələdə buferdə yerləşən (installyasiya olunmuş, K açarı ilə 
şifrələnmiş vektor) j bit sola çəkilir, ən kiçik (sağ) j bit -ə 
şifrələnmiş simvol yazılır. Bununla da sistem növbəti simvolun 
şifrələnməsinə hazır olur. 
4.
Çıxışa görə əks əlaqəli rejim (OFB). İş prinsipi öndəkinə 
eynidir. Burada, buferdəki kiçik j bit -in sürüşməsindən sonra 
yerinə şifrələnmiş simvol deyil, şifrələnmiş böyük j bit simvol 
yazılır. Belə rejim maniəyə davamlıdır, yəni mətnin şifrələnmiş 
bir simvolunun ötürülməsi zamanı yaranmış kəsilmə digər 
simvolların şifrələnməsinə təsir etmir. 
AÇIQLAMA

İnstallyasiya (ingiliscə installation - hərfi 
mənası qurulma, quraşdırma, düzəldilmə, təsis edilmə 
deməkdir) – sonuncu kompüter istifadəçisinin kompüterinə 
proqram təminatının qurulma prosesidir. Əməliyyat 
sistemində olan xüsusi proqramla (menecer paketi) yerinə 
yetirilir (məsələn, RPM и APT в GNU/Linux, Windows 
Installer в Microsoft Windows).

Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin