MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 226 ____________________________
Verilənlər bazası kublar,
bölmələr və ölçülər üzrə
paylanmış olan bir neçə məlumat mənbələrinə malik ola bilər.
Kub yalnız bir məlumat mənbəyinə malik olur. Bu da kub
yaradılarkən ya verilənlər bazasından seçilir,
ya da yenidən
yaradılır. Kubun bölmələrinə
tabe olan məlumat mənbələri
kubun məlumat mənbəyindən fərqlənə bilər. Bölmə də, kub
kimi, yalnız bir məlumat mənbəyinə malik olandır. Bu da bölmə
yaradılarkən ya verilənlər bazasından seçilir, ya da yenidən
yaradılır.
Kubun bölmələrinə aid məlumat mənbəyi aşağıdakı
şərtləri ödəməlidir:
•
Faktiki verilənlərin soruşulan cədvəli eyni strukturlu və
eyni sütunlu olmalıdır;
•
Ölçmələrin cədvəli kubun sxemindəki kimi olmalıdır.
Ölçmələr kubun struktur atributudur.
Onlar istifadəçinin
təhlil üçün istifadə etmək istədiyi faktiki verilənlər
cədvəllərindəki verilənləri oxşar üzvlər çoxluğu kimi təsvir edən
kateqoriyalar və səviyyələr iyerarxiyasını əmələ gətirir.
Bütün ölçmələr birbaşa və ya dolayı
yolla cədvəllərə
əsaslanır. Ölçmələr iyerarxiyası, çox hallarda, piramidaşəkilli
konfiqurasiya yaradan üzvə malik olur.
Ölçü iyerarxiyasının bir
səviyyəsinə aid qiymətlər
sütunlarda üfqi, müxtəlif səviyyələrə aid qiymətlər isə şaquli
sıra ilə yerləşir.
Şirkətin filiallarının yerləşməsi variantları şəkil 32-də
verilmişdir.