MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 221 ____________________________
MÜŞTƏRİLƏRİN İDARƏ EDİLMƏSİNƏ
YÖNƏLDİLMİŞ SİSTEMİN ŞƏBƏKƏ
TƏMİNATI
OLAP-sistemlər adətən verilənlər bazasını idarə edən
sistem (VBİS) tərkibində qurulduğundan, bunlar üçün “müştəri-
server” arxitekturası daha münasibdir. Bu arxitekturada kublar
üçün aparılan hesablamaların və verilənlərin alınması
model-
lərinin əsas ağırlığı server üzərinə qoyulur və müştəri yalnız
verilənlərin lokal işlənməsi kontekstində konkret əlavələr üçün
nəzərdə tutulan çoxölçülü formatda işləyir.
Bu
arxitekturada
serverin
əsas
funksiyaları
aşağıdakılardan ibarətdir:
•
Relyasiyalı verilənlər bazası əsasında (başlıca
olaraq
verilənlərin saxlandığı yaddaşda) kubların yaradılması və
emalı;
•
Kublardakı verilənlərin çoxölçülü strukturlar şəklində və
ya relyasiyalı
bazalarda, ya da kombinələşdirilmiş
formada saxlanması;
•
Kublar əsasında və ya relyasiyalı bazalarda (başlıca
olaraq verilənlərin saxlandığı yaddaşda)
verilənlərin
alınması modelinin yaradılması;
•
Verilənlərin əldə edilməsi modellərinin çoxölçülü
strukturlar şəklində relyasiyalı verilənlər bazalarında və
ya proqnoz modelləri şəklində standart
XML formatında
saxlanması.
Kublar, verilənlərin alınması
modelləri və digər server
obyektləri relyasıyalı verilənlər bazasında metaverilənlər
bölməsində saxlanan metaverilənlərdən istifadə edirlər.