Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə137/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   133   134   135   136   137   138   139   140   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 213 ____________________________ 
Tranzaksiya emal sistemləri
- emal çərçivəsində yaradılan 
analitik sistem relyasiyalı (iqtibaslı) verilənlər bazasına 
əsaslanır. Bu bazalar lazımi informasiyanı kompüterə cəld daxil 
etməyə və tranzaksiyaları (emal edilən informasiyanı) sürətlə 
seçməyə imkan verir. Analitik məsələlərin həlli xeyli 
mürəkkəbdir. Bəzən bu məqsədlə hətta relyasiyaslı bazalarda 
qəbul edilmiş normallaşdırma prinsiplərini pozmaq lazım gəlir. 
Buna görə də təhlil üçün böyük zəhmət tələb edən əlavə 
proqram tərtibi tələb olunur. Məhz bu səbəbdən tranzaksiya 
emal sistemləri
-emal sistemlərində təhlil məsələlərinin 
proqramlaşdırılmasına çəkilən xərclər çox zaman özünü 
doğrultmur. Çünki burada təhlil prosedurunu operativ qaydada 
yenidən qurmaq (dəyişdirmək) mümkün olmur. Nəticədə ilkin 
informasiyanın lazımi kondisiyaya gətirilməsi kimi ağır zəhmət 
tələb edən iş insanın öhdəsində qalır.
OLTP-emal sistemlərindən fərqli olaraq, OLAP-təhlil 
vasitələri verilənlərin çoxölçülü modeli prinsiplərinə əsaslanır ki, 
bu da real qərar qəbulu prosesini daha adekvat əks etdirir. 
Odur ki, bu sistemlə təmasda olan insan çoxölçülü informasiya 
ilə işlədiyindən, müştəri haqqında təsəvvürü də həmişə 
çoxölçülü olur.
Əlavə proqramlaşdırma tələb etmədən təhlil prosedurlarını 
operativ interaktiv şəkildə yenidən qurmaq (dəyişdirmək) üçün 
çoxölçülü 
OLAP-təhlilin geniş imkanlara malik olması bu sistemi 
son illərdə çox populyar etmişdir. Münasibətlərin sərrast 
marketinq-menecmenti üçün xüsusilə mühüm cəhəti 
OLAP-
sistemlərin heç bir proqramlaşdırma hazırlığı olmayan 
marketoloqlara, menecerlərə, analitiklərə, satıcılara və s. 
mütəxəssislərə bu sistemlə işləmək imkanı yaratmasıdır.
Keçən əsrin 90-cı illərinin ortalarından indiyədək operativ 
analitik emal
kommersiya sistemlərinin kəskin artımı müşahidə 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin