MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 215 ____________________________
analitik emal sistemləri istifadə edilən verilənlər bazasından asılı
olaraq fərqləndirirlər (cədvəl 8).
Son istifadəçilərin müştəri stansiyalarında
çoxölçülü
verilənlər bazasının dinamik yüklənməsinə istiqamətləndirilmiş
operativ analitik emal sistem sinifləri də mövcuddur. Bu
sistemlər kubların köməyi ilə
həm verilənlərin analitik
işlənməsini həyata keçirir, həm də verilənlərin ilkin hazırlanması
və dəyişdirilməsi üçün zəruri olan bütün prosedurları yerinə
yetirir. Belə sistemlərə:
Cognos şirkətinin Power Play sistemini,
Business Objects şirkətinin
Business Objects sistemini, Brio
Technology şirkətinin BrioQuery sistemini Platinum Technology
(indiki
Computer Associates) şirkətinin Forest&Trees sistemi
aiddir.
Cədvəl 8.
OLAP-sistemlərin növləri
OLAP-
sistem
Xüsusiyy
ətləri
MOLAP
Çoxölçülü
OLAP-sistemidir, çoxölçülü MDBMS
verilənlər bazası ilə işləyir.
MDBMS bazasında
aqreqatlaşdırılmış (iriləşdirilmiş, girdələşdirilmiş)
verilənlər kublar (üçölçülü cədvəllər) üçün olan
verilənlərlə birlikdə saxlanır.
MOLAP - sistemi
OLAP-təhlilin bütün tsiklini təmin edir. İnkişaf
etmiş çoxölçülü VBİS-ə (verilənlər bazasını
idarə
edən sistemə) malikdir. Olduqca bahadır.
MOLAP- sisteminə misal olaraq Essbase və
Oracle Express Server
sistemlərini göstərmək
olar.
ROLAP Relyasiyalı
OLAP-sistemidir. Relyasiyalı RDBMS
verilənlər bazası ilə işləyir. Bu bazada kub üçün
verilənlər və aqreqatlaşdırılmış verilənlər saxlanır.