MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 209 ____________________________
MÜRƏKKƏB İNFORMASİYA
SİSTEMLƏRİNİN TƏTBİQİNİN STANDART
METODİKALARI
Müəssisə miqyasında informasiya
sistemlərinin tətbiqinə
əsaslanan reinjiniriq layihəsi yüksək risk səviyyəsi ilə istismar
edilən çox mürəkkəb işdir. Buna görə də standart metodi-
kalardan istifadə edilməsi məqsədəuyğundur.
Hal-hazırda belə metodikalara
həm müvafiq proqram
təminatı istehsalçıları (məsələn,
SAP, Oracle), həm də aparıcı
məsləhətçi
konsaltinq
firmaları
(məsələn,
PricewaterhouseCoopers, Accenture – keçmiş Andersen
Consulting) malikdir.
SAP firmasının Accelerated SAP adlı standart metodikası
tətbiq üzrə aşağıdakı üstünlüklərə malikdir:
1.İşlərin şablon planı.
Burada söhbət marşrut
xəritəsindən (
roadmap) gedir. Bu xəritədə verilmiş sistemin
tətbiqi üzrə görüləcək işlərin mümkün qədər tam siyahısı
iyerarxik qaydada təsvir edilir. İşlərin real planı lazımsız
addımların marşrut xəritəsindən çıxarılması ilə yaradılır. Bu,
layihə planında bu və ya digər vacib işin yaddan çıxması
riskini minimuma endirir.
2.Layihənin real həcmi nəzərə alınmaqla,
işlərin
əməktutumu barədə verilənlər (məlumat). Bu informasiya
layihə üçün ayrılmış müəssisə resurslarından çıxış
edərək
tərtib edilən layihə büdcəsi və layihə planı üzrə müddətləri və
xərcləri (dəyəri) müəyyən etməyə imkan verir.
3.Layihənin təşkilati struktur şablonları. Təşkilati struktur
şablonları dedikdə, təşkilati vahidlərin siyahısı və funksiyaları
nəzərdə tutulur. Nəticədə yanlış təşkilati struktur yaranması