MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 234 ____________________________
3645541
1
6
1
20
Fev-09-06
3674906
1
6
1
36
Fev-17-06
Bu cədvəlin bütün sətrlərindəki İN-lərin bütün sütunlarda
(Marşrut_İN, Haradan_İN, Vaxt_İN) eyni olması
onu göstərir
ki, ölçmələr kubun eyni bir xanasına aiddir.
Şəkil 36. “Qar dənəciyi” tipli mal yeridilişi marşrutlarının kub
sxemi
Şəkil 35 və şəkil 36-dan göründüyü kimi, kub sxemi
“ulduz” və “qar dənəciyi” kimi 2 tip olur. “Ülduz” sxemində hər
bir ölçü cədvəli faktiki verilənlər cədvəlinə bağlanmış olur. “Qar
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 235 ____________________________
dənəciyi” sxemində bir və ya bir neçə ölçü cədvəli başqa ölçü
cədvəlinə bağlanmış olur. Burada birbaşa faktiki verilənlər
cədvəlinə bağlanış məcburi deyil.
Bu halda ölçü cədvəlləri
çoxölçülü ölçü cədvəllərinin ölçülərinə aid olur. Məsələn,
verilmiş kub sxeminin inzibatçısı təhlilə bir neçə il əlavə etməklə
kubu genişləndirmək istəyirsə, “il” identifikatorunu İl_İN yeni
sütunu şəklində Cədvəl_Ölçü_Vaxt_1 adlı 1-ci cədvələ,
Cədvəl_Ölçü_Vaxt_2 adlı
ikinci cədvələ, kub sxeminə və Vaxt
ölçüsündəki İl səviyyəsinə əlavə etməlidir. Bu dəyişiklik nəticə-
sində şəkil 35-dəki “ulduz” sxemi şəkil 36-dakı “qar dənəciyi”
sxeminə çevrilir.
Kubları müxtəlif üsullarla saxlamaq olur. Kub verilənləri və
aqreqat qiymətləri saxladığından, yaddaşın
həcmi üçün kubun
seyrəkliyi mühüm əhəmiyyət daşıyır. Belə hallarda yaddaş
həcmini ixtisar etmək üçün kubu aşağıdakı
üsullarla saxlamaq
olar:
•
Boş xanalara yaddaş sahəsi ayrılmır;
•
Verilənlərin sıxılması tətbiq edilir;
•
Xüsusi aqreqatlaşdırma alqoritmləri tətbiq edilir.
Aparılan tədqiqatlar göstərmişdir ki,
OLAP-texnologiya
(cədvəl 12) verilənlər bazasında informasiyanın
çoxölçülü
işlənməsi, seçilməsi və qruplaşdırılması üçün səmərəli vasitədir.
Cədvəl 12.
OLAP-texnologiyanın üstünlükləri
Dostları ilə paylaş: