İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ EDİLMƏSİ İnformasiya sistemlərilərinin idarə edilməsi dedikdə,
informasiya texnologiyaları, funksional altsistemlər və onlarla
əlaqədar mütəxəssislər arasında optimal qarşılıqlı fəaliyyət
yaradan və həmçinin onların inkişafını təmin edən komponent
nəzərdə tutulur. Korporativ informasiya sistemlərinin idarə
edilməsi aşağıdakı funksiyaların icrasına yönəldilir:
•
İşçi heyətin idarə edilməsi;
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 14 ____________________________
•
İstifadəçilərin idarə edilməsi;
•
İnkişafın idarə edilməsi;
•
Operativ idarəetmə;
•
Keyfiyyətin idarə edilməsi;
•
Maliyyənin idarə edilməsi;
•
Təhlükəsizliyin idarə edilməsi.
Hal-hazırda təsərrüfat qərarlarının hazırlanması və
qəbulunda informasiya sistemləri daim istifadə olunur.
Bunlardan: ümumi təyinatlı Reuters, Bloomberg sistemlərini,
axtarış təyinatlı Yahoo!, Alta Vista, Google, Pambler və Яndex
sistemlərini misal göstərmək olar.
İnformasiya sistemi adətən müəyyən gerçək idarəetmə
sisteminin 3 tərkib hissəsindən:
1) İdarəetmə subyekti;
2) İnformasiya sistemi;
3) İdarəetmə obyekti
biri olduğundan, informasiya sistemlərinin idarə edilməsi,
əslində, mahiyyətcə idarəetmə sisteminə informasiya sistemləri
xidmətinin idarə edilməsidir. Odur ki, “Müasir informasiya
sistemlərinin idarə edilməsi” kursunun predmeti informasiya
sistemləri xidməti fəaliyyətinin predmeti ilə üst-üstə düşür.
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 15 ____________________________