MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 19 ____________________________
Fredrfik Uinslou Teylor (ingiliscə Frederick Winslow
Taylor) amerika mühəndiisi,
menecment və əməyin elmi
təşkilinin banisi
.
20-ci əsrin 60-cı illərinin əvvəllərində ABŞ-da
ehtiyatların
idarə edilməsinin avtomatlaşdırılması sahəsində işlər fəal inkişaf
etdirilirdi. Bu işlərdə məhsul istehsalı üçün tələb olunan
ehtiyatların səviyyəsinin optimallaşdırılması
məqsədi ilə riyazi
metodlardan istifadə edilirdi. Ehtiyatların ixtisar edilməsi anbar
ehtiyatları və bitməmiş istehsal şəklində dondurulmuş irihəcmli
vəsaitlərə əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verdi. İlk
“
ehtiyatların avtomatlaşdırılmış idarə edilməsi sistemləri”ndə
verilmiş müddətə (ay, rüb, il və s) hazır məhsul istehsalı planı
əsasında material və komplektləşdirici məmulatların satın
alınması həcmləri hesablanırdı.