MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 16 ____________________________
“İnformasiya sisteminin miqyaslaşabilənliyi” termini də
hal-hazırda geniş tətbiq edilir. Bu, sistemə eyni vaxtda
müraciət imkanı qazanmış istifadəçilərin sayının artmasına və
ya texnoloji resursların artan yükə adaptasiya (uyğunlaşmaq)
qabiliyyəti kimi dərk edilir.
Miqyaslaşabilənlik
sistemin çevikliyini, yəni istismar
şərtlərinin dəyişməsini nəzərə ala bilənliyini xarakteizə edir.
Sistemə obyektiv qiymət vermək üçün ədədi parametr
kimi istifadə edilən miqyas və miqyaslaşabilənlik anlayışlarının
təyinində müəyyən çatışmazlıqlar diqqəti cəlb edir. Məsələn,
verilmiş informasiya sistemlərinin 100
istifadəçiyə işləmək
imkanı verməsi barədəki hökm və ya təsdiq sistemin hansı
məsələlərin həlli ilə məşğul olduğu barədə heç nə demir. Bu
fikri izah etmək üçün aşağıdakı iki nümunəni müqayisə edək:
Malların pərakəndə satışı ilə məşğul olan yüzlərlə satıcı-
operator işçi yerləri ilə xarakterizə olunan supermarketdə
gedən biznes-proseslər olduqca sadə və standart olduğundan,
bu proseslərin gedişinə kifayət qədər sadə informasiya
sistemləri
xidmət göstərə bildiyi halda, ölkənin müxtəlif
regionlarında filialları olan iri xoldinqin cəmi 3-4 mütəxəssisdən
ibarət olan analitik şöbəsi müxtəlif mal qrupları üzrə satış
dinamikasını tədqiq etdikdə xoldinq informasiya sistemlərinin
bütün hesablayıcı və kommunikasiya resursları
bu işə cəlb
edilir.
“Miqyas” parametrinin bu xüsusiyyətini unutmamaqla,
informasiya sistemlərinin aşağıdakı şərti təsnifatı qəbul
edilmişdir:
•
Lokal informasiya sistemləri (Low End PC). Bunlar bir-
neçə istifadəçi üçün və ya kompüter şəbəkəsinə ehtiyac
duymayan kiçik müəssisə üçün məhdudimkanlı