MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 17 ____________________________
sistemlərdir. Məsələn,
1C:Бухгалтерия, Инфин, Парус
liokal informasiya sistemləridir;
•
Kiçik sistemlər (Middle End PC). Bunlar çoxsaylı
funksiyalar icra edir, tətbiqi xüsusi məsləhətcilər tələb
edir, nisbətən azsaylı istifadəçilərlə işləyir. Məsələn,
1С:Предприятие, Парус, Галактика, PLATİNUM, SCALA
kiçik sistemlərdir;
•
Orta sistemlər (High End PC). Bunlar çoxfunksiyalı,
çoxistifadəçili sistemlərdir, tətbiqi mürəkkəb və bahadır
və məsləhətçi rəhbərliyi altında mümkündür. Məsələn,
PEOPLE SOFT, BAAN, SCALA orta sistemlərdir;
•
İnteqrasiya edilmiş idarəetmə sistemləri (Enterprise
Resource Planning – ERP). Bunlara: SAP R/3, ORACLE
APPLICATIONS aiddir.
Tətbiqinə çəkilən xərclərin həcminə görə orta və iri
sistemlər fərqləndirilir. Məsələn,
ERP-sistemi azı 500 min ABŞ
dolları dəyərindədir. Bu parametrin inandırıcı görünməsi çətin
olsa da, bir orientir kimi istifadə edilə bilər. Təsnifatın bu tipi
konkret informasiya sistemləri üçün baza parametrlərinin
dəyişmə diapazonunu təyin etdiyindən,
mövqeləşdirici təsnifat
adlandırılır.
Göstərək ki, lokal informasiya sistemləri və
ERP-sistemlər
yaxşı mövqeləşdirilir. Çünki bunlar bir-birindən kəskin fərqlənir.
Praktiki olaraq isə təsnifatda qonşu olan sistemlər arasında
dəqiq sərhəd qoymaq mümkün deyildir. İnformasiya sistemləri
yaradıcıları öz məhsullarını daim inkişaf etdirir, onların
funksional imkanlarını və fəaliyyət miqyaslarını genişləndirir və
daha yüksək göstəricilərə malik təsnifat qruplarına
yaxınlaşdırırlar. Xüsusilə də kiçik və orta sistemləri
fərqləndirmək olduqca çətin olur. Buna baxmayaraq, bu,
dünyada qəbul edilmiş təsnifatdır.