17
peripotetiklərinin materialist ideyalarını davam etdirmişdir. O, öz kitabında yazır: “... Duyğu
ayrılıqda
ümumi rəy ifadə etmir, amma məlum olmalıdır ki, ümumi və ayrıca elmlərin
qapılarının açarı duyğudur”. Dünyanın dərk olunmasını elmi şəkildə izah edən böyük
mütəfəkkir idrak prosesinin dialektikasını seçə bilmişdir. O, yazır: “Şeylərin dərk olunması bir
dəfə
başa gələn iş deyildir, əksinə, qüvvə və zəiflik, aşkarlıq və məxfilik, xüsusilik və
ümumilik, kamillik və qeyri-kamillik sarıdan mərhələlərə malikdir”.
Filosof
göstərir ki, insanlar çox elm öyrənib, çox biliyə yiyələndikcə onların əqli
yetkinliyi, idrak qabiliyyəti artır.
Marağa rəsədxanasındakı fəaliyyəti Nəsrəddin Tusiyə dünya şöhrəti gətirmişdir. O, oraya
yaradıcı alimləri və filosofları dəvət etmiş, onların işləmələri üçün hər cür şərait yaratmışdır.
1266-cı ildən Nəsrəddin Tusi ilə bir yerdə çalışan Azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr
Mahmud oğlu Səlmasinin düzəltdiyi cihazlar arasında içi boş yer kürrəsi modeli də varmış.
Üzərində iqlimlərin təsviri verilmiş bu fiqur coğrafi qlobus idi. Təəssüf ki,
elm aləmində elə
hesab edirlər ki, ilk coğrafi qlobusu guya alman alimi Martin Bahaym (1459-1507)
hazırlamışdır. Nəsrəddin Tusi Marağa rəsədxanasında çalışan alimlərdən bir çoxuna dərs
demişdir. Nəcməddin Katibi Qəzvini (1203-1277), Şəmsəddin Şirvani (?-1300), Qütbəddin
Şirazi (1236-1311) və başqa təbiətşünas alimlər, məntiqçi filosoflar, bilavasitə Nəsrəddin Tusi
məktəbinin yetirmələridir.
Dostları ilə paylaş: