15
Nəcməddin Əhməd Əbubəkr oğlu Naxçıvani
haqqında
Nəsrəddin Tusinin şagirdi
məşhur alim İbn-Əl-İbri (1226-1286) yazır: “O, böyük fəzilət sahibi, dəqiq elmlərin dərindən
bilicisi idi. Öz vətənində fəlsəfə ilə məşğul olurdu. Ölkələri səhayətə çıxdı, xeyli gəzib dolaşdı,
axırda kiçik Asiyaya daxil oldu, böyük mənsəblər tutdu. Sonralar idarəçilik narahatçılığı və
əzab əziyyətləri onu bezikdirdi. Oradan Suriyaya yola düşdü. Filosof ömrünün son çağlarında
guşənişin olmuşdur.
Deyilənə görə o, evdən heç yana çıxmır, ancaq dostları ona baş çəkirmiş”.
Nəcməddin Naxçıvani bir filosof kimi Şərq peripatetizmini mükəmməl öyrənmiş,
lakin
ardıcıl aristotelçi olmamışdır. O, İbn-Sina kitablarını tənqidi planda araşdırmış, onun bəzi
doktrinalarına qarşı etirazını bildirmişdir. Mübahisə doğuran fəlsəfi məsələlərdən biri
nəfsə dair
idi. İnsan cisminin məhvindən sonra nəfsin yaşamasına inanan Nəcməddin Naxçıvani Şərq
peripatetiklərinin əksinə olaraq, İbn-Əl-İbrinin qeyd etdiyi kimi
tənasüx təliminə güclü meyl
göstərirdi.Bu tə'limə görə insan nəfsi ölmur, guya bir bədəndən ayrıldıqdan sonra başqa
bir bədənə köçür. Aydın olur ki, Nəcməddin Naxçıvani İbn-Sinanın əsərlərini ortodoksal islam
mevqeyindən təftiş etməmiş, əksinə, hakim dinin ehkamlarına heç də uyğun gəlməyən ideyalar
söyləmişdir. Nəcməddin Naxçıvaninin İbn-Kəmmunə İsrailin xətti ilə köçürülmüş “məntiqin
məğzi və fəlsəfənin xülasəsi” əsərinin əlyazması Nəcəf şəhərində mühafizə edilir.
Dostları ilə paylaş: