Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Siracəddin Ürməvinin fəlsəfi baxışları



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə14/49
tarix07.01.2024
ölçüsü0,56 Mb.
#202838
1   ...   10   11   12   13   14   15   16   17   ...   49
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

Siracəddin Ürməvinin fəlsəfi baxışları
. XIII əsrdə yaşamış Azərbaycanın 
filosoflarından biri də Siracəddin Urməvi (1198-1283) olmuşdur. 
Siracəddin Mahmud 
Əbubəkr oğlu Urməvi
Azərbaycanın körkəmli məntiqçi, təbiətşünas filosofdur. Mənbələrdə 
Siracəddin Urməvinin çox əsəri haqqında mə'lumat verilir: Məntiqə və fəlsəfəyə dair “Nurların 
doğuşları”, “Hikmət incilikləri”, “Həqiqətin bəyani”, “Metodlar”, “Ziddiyyətin misallarına dair 
traktat”, “Dialektika təliminə dair traktatlar” və s. Filosof bu əsərlərdən savayı İbn-Sinanın 
“İşarələr və qeydlər”, Əfzələddin Xunəçinin “Məntiqə dair xülasə” kitablarına, habelə başqa 
traktatlara şərhlər və haşiyələr həsr etmişdir. 
Azərbaycan mütəfəkkirinin əsərləri içərisində daha keniş şöhrət tapan “Nurların 
doğuşları” kitabıdır. Alimlər bu kitabı məntiqə, fəlsəfəyə dair ən yaxşı əsərlər sırasına salmış, 
onun görkəmli filosoflar, məntiqçilər tərəfindən yüksək qiymətləndirildiyini yazmışlar. Yaxın 
və Orta Şərq ölkələrində zəngin bilik mənbəyi olan “Nurların doğuşları” kitabına aid şərh və 
haşiyələrin sayı 30-dan çoxdur. Siracəddin Urməvi özünün varlıq təlimi, idrak nəzəriyyəsi
və məntiq ilə şərq peripatetizmini zənginləşdirmişdir. Filosof varlığın Fərabi, İbn Sina və 
Fəhmən tərəfindən köstərilən vacib və mümkün cisimlərə bölündüyünü qəbul etmiş, səbəb və 
nəticə əlaqədarlığında onların hər ikisini əzəli və əbədi saymışdır: “əzəli olan şey məhv olmaz, 
çünki əzəli ya vacib varlıq, ya da vacib varlığın nəticəsidir”. Filosof bu fikrin üzərində 
dayanaraq bir daha yazır: “Vacib varlığın nəticəsinin məhv olması qeyri-mümkündür”. 
Siracəddin Urməvi hərəkət, məkan və zaman kateqoriyalarının aydınlaşdırılmasına mühüm yer 
vermiş, onların hər birinin şərhinə “Nurların doğuşları” kitabında xüsusi fəsil ayırmışdır. 
Filosof digər şərq peripatetikləri kimi hərəkət, kəmiyyət, keyfiyyət, məkanı vəziyyətə görə 
müəyyənləşdirmiş, onların müxtəlif növlərini göstərmmşdir. O, elm öyrənməyi, az bilikdən 
mükəmməl biliyə keçməyi, habelə sevinməyi, kədərlənməyi, rəğbət bəsləməyi, nifrət etməyi və 


16 
s. halları da hərəkət növləri bilmişdir. Siracəddin Urməvi maddi aləmin ayrı-ayrı cəhətlərini, 
keyfmyyətlərini araşdırarkən bir sıra qiymətli təbii-elmi fikirlər söyləmişdir. Kainatın 
geosentrik nəzərmyyəsini qəbul edən alimin təsəvvüründə maddi aləmi iç-içə yerləşmiş göylər, 
onların planetləri və yer kürəsi təşkil edir. Onun fikrincə, ulduzlar üzükdə qiymətli qaş kimi 
göy sferalarında qərar tutmuşdur. Təbiətşünas filosof göstərir ki, göylərin dövrləri arasında 
müəyyən zaman fərqləri mövcuddur. Hər göyün iki nöqtədə dövrü olur, onu qütb adlandırırlar. 
Göylərin dövrləri müəyyən saylarla hesablanır. Belə ki, bir dövrü Ay göyü bir ayda, Günəş 
göyü bir ildə, Yupiter göyü 12 ildə, Saturn göyü 30 ildə başa vurur. Göylərin hərəkət sür'əti 
onların kiçikliyindən, yaxud böyüklüyündən asılı deyildir. 
Siracəddin Urməvi Yer kürrəsinə mövcud planetlərdən biri kimi baxmaqla yanaşı, ona 
məskənimiz olması cəhətdən xüsusi diqqət yetirmiş, insanı əhatə edən şeylər və hadisələr 
haqqında maraqlı mühakimələr yürütmüşdür. O, göy cisimlərinin, ilk növbədə Günəşin və Ayın 
yerə təsiri, yerdəki həyat üçün mühüm amil olması barədə də söz açmışdır. Siracəddin 
Urməvinin idrak nəzəriyyəsində hissin (duyğuların) və əqlin rolu, bir-birinə münasibəti düzgün 
qiymətləndirilmiş, insanın bilikləri, hissi və məntiqi idrak yolu ilə əldə etməsi göstərilmişdir. 
Azərbaycan filosofunun yaradıcılığında məntiqə dair əsərlər daha çoxdur. Onun fikrincə, 
məntiq məlum (bilavasitə) bilikdən məchul (vasitəli) biliyə keçərkən insanı təfəkkür 
xətalarından qoruyan qanundur. 
Siracəddin Urməvinin zəngin fəlsəfi irsi, təbii-elmi fikirləri, xüsusən dərin məzmunlu 
məntiq təlimi əsirlər boyu alimlər üçün böyük örnək olmuşdur. 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin