Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə9/49
tarix07.01.2024
ölçüsü0,56 Mb.
#202838
1   ...   5   6   7   8   9   10   11   12   ...   49
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

Məzdəkilik.
Məzdək
 
maniliyin radikal və demokratik istiqamətinin tərəfdarı olmuşdur. 
Sasani hökmdarı I Qubadın zamanında Məzdək və onun tərəfdarları yüksək dövlət vəzifələri 
tutmuş, özü isə İranın baş kahini olmuşdur. Məzdəkilər xüsusi mülkiyyəti ləğv etməyə 
çalışmasalar da, var-dövləti adamlar arasında bərabər bölməyi təbliğ edirdilər. İctimai ədaləti 
qəbilə-tayta quruluşuna qayıtmaq yolu ilə bərqərar etmək istəyirdilər. 
Məzdəkilər dini, fəlsəfi və sosial təlim olub, qədim zərdüştilik prinsiplərinə (oda sitayiş və 
s.) əsaslansalar da, kahinlər və əyanlara qarşı çevrilmiş xalq hərəkatının ideologiyası olmuşdur. 
Lakin onların əxlaq təlimində qəbuledilməz cəhətlər çoxdur (atanın qızı, bacının qardaşı ilə 
evlənməsi və s.).
Məzdəkilik sosial şüuru ön plana çəkən manilik təliminə əsaslanırdı. Manilikdəki dualizm 
məzdəkilik üçün də səciyyəvidir. Həm məzdəkilikdə, həm də manilikdə mövcud olan dualizmi, 
İşıq ilə Qaranlığın mübarizəsi ideyasını əsas götürürdü. Manilikdən fərqli olaraq məzdəkilik 
təlimi hesab edirdi ki, İşıq (Xeyir) səltənətinin fəaliyyəti ədalətli, ağıllı və məqsədəuyğundur, 
Qaranlıq (Şər) səltənətini hərəkəti isə təsadüfi və xaotikdir. Məzdəkiliyə görə, Xeyirin Şər 
üzərində qələbəsi uzaq gələcəkdə deyil, "hazırkı həyatda" baş verməlidir. Məzdək təlimində 
insanları qarşılıqlı maddi köməyə, bərabərliyə, "əmlak ümumiliyinə" çağıran sosial-etik 


10 
görüşlər mühüm yer tutur. Məzdəkilik sosial bərabərsizliyi məhv etmək, ilkin mövcud olan 
Allahdan gələn ümumi bərabərliyi isə zorla həyata keçirmək üçün fəal mübarizəyə çağırırdı. 
Məzdəkilərin ideyaları sonralar xürrəmilər tərəfindən davam etdirilmişdir. 
Xürrəmilik.
Məzdəkilik Xürrəmilik
 
təliminə böyük təsir göstərmişdir. Tarixi ədəbiyyatda 
xürrəm sözünü üç cür izah edirlər. 
1.
Xürrəm- Ərdəbil yaxınlığında yer adıdır; 
2.
Xürrəm- şad, kefcil deməkdir
3.
Xürrəmə- Məzdəkin qadını və təbliğatçısı. 
Bunlardan mövcud ədəbiyyatda kef və kefcil mənaları daha çox məqbul sayılmışdır. 
Lakin akademik Ziya Bünyadov ilk dəfə olaraq xürrəm sözünün mənasını atəş sözünə istinadən 
izah etmək təklifini irəli sürmüşdür. O, haqlı olaraq yazır ki, feodal və burjua müəlliflərinin 
«xürrəm» sözünü əxlaqsızlıqla əlaqələndirmələri, şübhəsiz, onların elmi və siyasi cəhətdən dar 
düşüncəli olmaları ilə izah edilməlidir. Çünki xilafətə qarşı iyirmi ildən artıq bir müddət 
ərzində qəhrəmancasına azadlıq mübarizəsi aparmış Xürrəmiləri kefcil bir dəstə, əyyaş həyatı 
keçirən adamlar kimi qələmə vermək olmaz. 
Xürrəm sözü, heç şübhəsiz, «Avesta»dakı Xürrəm sözündəndir. Sonrakı filosoflar onu 
«Mənəvi işıq» mənasında işlətmişdilər. Xürrəm emanasiaya prosesində İşıqlar işığından çıxan 
ilk nəticəyə deyilir. Bütün maddi varlıqlar məhz Xürrəmin sayəsində vücuda gəlmiş şeylərdirr. 
Bəlkə elə buna görədir ki, Xürrəmilər işıqlar işığı əvəzinə bu ilk nəticəyə pərəstiş etmişlər. 
Atəşpərəstliyin (məcusiliyin) bir etiqad kimi Azərbaycanda tədricən sıxışdırılmasına 
baxmayaraq, onun ayrı-ayrı prinsip və ünsürləri uzun zaman yaşayaraq adət və mərasimlərlə 
çulğalaşmışdır. 
Zərvanilik, zərdüştilik və maqların təməl ideyaları Azərbaycan fəlsəfəsinin gələcək 
inkişafına xeyli təsir göstərmişdir. Yeni eranın ilk əsrlərində digər fəlsəfi cərəyanlara da rast 
gəlinir.
 
Qədim dövrün sonu və erkən Orta əsrlərdə zərdüştilik, astral dinlər, tanrıçılıq (Göy 
Tanrı), şamanizm və xristianlıqla bağlı cərəyanların içində manilik və məzdəkilik fəlsəfi 
görüşləri xüsusi yer tutur. E.ə. I minilliyin sonundan və yeni eranın ilk yüzilliklərindən 
başlayaraq Azərbaycanın şimal ərazisi olan Albaniyada bir-birinə zidd iki siyasi və məfkurə 
təmayülü – maqların yaydığı zərdüştilik təmayülü və politeizmə, sonra isə xristianlığa 
söykənən yunan-Roma və Bizans təmayülü mövcud idi. 
Qədim dövr və erkən Orta əsrlərdə yanğın, müharibə, siyasi və dini münaqişələr 
nəticəsində yazılı abidələrin məhvi bəhs olunan dövrlərə aid fəlsəfi fikrin tam zənginliyi ilə 
təsvir və tədqiqinə imkan vermir. Buna baxmayaraq, əldə olan məlumatlar aşağıdakı qənaətə 
gəlmək üçün əsas verir: qədim dövr və erkən Orta əsrlərdə Azərbaycanın mədəni irsində fəlsəfi 
problemlərin qoyuluşu və şərhi metodları, fəlsəfi kateqoriyalardan – mövcudat, başlanğıc, son, 
maddə, ruh, nəfs, zaman, məkan, həqiqət, ədalət, Xeyir və Şərdən, onların qarşılıqlı 
əlaqələrindən bəhs edilməsi Azərbaycan fəlsəfəsini Qədim dövr dünya fəlsəfi fikrinin ayrılmaz 
hissəsi kimi səciyyələndirir. Bu mülahizəni qədim yunan filosofları, tarixçiləri, eləcə də orta əsr 
və yeni dövr mənbələri də təsdiqləyir. Qədim dövrdə və erkən Orta əsrlərdə varlığın 


11 
atomlardan yaranması, maddi və qeyri-maddinin, Xeyir və Şərin, işıq və zülmətin ziddiyyəti və 
vəhdəti, Allahın işıq və həqiqətlə eyniləşdirilməsi, idrakın dəyərləndirilməsi tərzi, sosial ədalət 
və utopik xoşbəxt cəmiyyət haqqında təsəvvür və nəzəri mülahizələr Azərbaycanda fəlsəfi 
fikrin təşəkkülü və inkişafının ideya əsaslarını təşkil etmişdir. 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin