Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə38/49
tarix07.01.2024
ölçüsü0,56 Mb.
#202838
1   ...   34   35   36   37   38   39   40   41   ...   49
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

H.B.Zərdabi. Q.B.Zakir, 
S.Ə.Şirvani, M.Ə.Sabir, C.Məmmədquluzadə, M.S.Ordubadi, Ə.B.Haqverdiyiev 
və 
başqaların dünyagörüşünə ciddi təsir etmiş, onların maarifçi, inqilabi-demokratizm əqidəsinin 
formalaşmasında az rol oynamamışdır.
XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikrində Şərq və dünya mədəniyyətində 
Cəmaləddin Əfqaninin
mənəvi irsi xüsusi yer tutur. O, Azərbaycan, İran, Əfqanıstan, 
Hindistan, Misir, Türkiyə, Rusiya, Fransa, İngiltərə və s. ölkələrdə fəaliyyət göstərmiş
dövrünün qlobal sosial-siyasi və mədəni reallıqlarından çıxış edərək Şərqin Qərb 
müstəmləkəçiliyindən xilasının ideoloji və siyasi yollarını axtarmış, bununla bağlı nəzəri və 
praktiki proqramlar hazırlayaraq həmin proqramların həyata keçirilməsində şəxsən iştirak 
etmişdir. Sonralar Azərbaycan və Şərq İslam bölgəsinin ictimai-fəlsəfi fikrində bu bölgə 
xalqlarının qlobal məkanda özünütəsdiq və siyasi istiqlalının islamlaşma, milliləşmə və 
müasirləşmə ideyalarına əsaslanan və müxtəlif formalarda təzahür edən nəzəri-fəlsəfi 
konsepsiyaları C.Əfqaninin mənəvi irsindən qaynaqlanmışdır. İdealizm mövqeyində duran 
C.Əfqaninin fəlsəfəsində tərəqqi, hakimiyyət, dövlət, millət, din, dil, mədəniyyət və s. sosial 
fenomenlərin orijinal analitik təhlili öz dövrü üçün sosial aktuallığı ilə fərqlənirdi. Onun nəzəri 
baxımdan XIX əsr Şərq Maarifçiliyinin liberal ideyalarına daha çox meyilli olan fəlsəfi və 


40 
ictimai-siyasi görüşləri “Materializmin təkzibi”, “Renana cavab”, “Milli vəhdət fəlsəfəsi və 
birliyin mahiyyəti”, “İslami reforma”, “Tərəqqinin ən böyük düşməni mütləqiyyətdir” və s. 
əsərlərində əksini tapmışdır. 
Həsənbəy Səlimbəy oğlu Məlikov Zərdabi
(1842-1907) Azərbaycanın görkəmli 
maarifçi-demokratı, materialist filosof-mütəfəkkiri, təbiətşünas-darvinçi alimi, istedadlı 
publisisti olmuşdu, O, 1842-ci ildə maarifpərvər ailədə anadan olmuşdur. Mükəmməl dünyəvi 
təhsil almışdır. O, 1861-ci ildə Tiflis qəza gimnaziyasını, 1865-ci ildə isə Moskva 
Universitetinin fizika-riyaziyyat fakültəsini təbiət şöbəsini bitirmişdir. Onun dünyagörüşünü 
səciyyələndirən ən birinci cəhət təbii-elmi və materialist məzmun təbiətşünaslığın əsasını 
qoyan, xüsusilə təbii-bioloji bilikləri geniş təbliğ edən ilk darvinist alimdir. O, Darvin təliminə 
əsaslanaraq, üzvi aləmin, xüsusilə heyvan və insanın əmələ gəlməsinin təbii-obyektiv 
qanunauyğunluqlarını izləmiş, bu sahədə təkamülün – təbii seçməni rolunu düzgün 
qiymətləndirmişdir.
H.B.Zərdabinin Azərbaycan mədəniyyəti tarixində ən böyük xidmətlərindən biri, öz 
materialist əqidəsinə uyğun olaraq, xalq arasında, təbii-elmi, bioloji, tibbi, kənd təsərrüfatı və s. 
sahələr üzrə bilikləri kütləvi şəkildə; sadə dildə təbliğ edib yaymağa çalışması olmuşdur. Onun 
Azərbaycan dilində yazdığı 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin