Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021


UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 108 - 120



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə105/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   101   102   103   104   105   106   107   108   ...   163
UNEC-2021-məqalələe

UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 108 - 120 
Scientific Reviews in UNEC, Year 9, Volume 9, January-March, 2021, pp. 108 - 120 


117 
fatlarına əmək ödənişləri kimi ödənilir, bir hissəsi isə qalan dünyaya olan əmək ödə-
nişlərini təşkil edir. “14)” elementi institusional sektorlar üzrə toplu hesablarda gəlir-
lərin ilkin bölüşdürülməsi hesabının ehtiyatlar bölməsində qalan dünyaya əmək ödə-
nişləridir. Bu hesabın sətirinin cəmi məlum olduğu üçün və sətirdəki “17)” elementi 
müəyyən olduğu üçün ev təsərrüfatlarına ödəmələri – yəni “16)” elementini qalıq me-
todun köməyilə tapa bilərik. Beləliklə əmək hesabı üçün balans tənliyi aşağıdakı 
şəkildə olacaq: 
istehsaldan gələn əmək ödənişləri (ölkə daxilində + xaricdə) = ev təsərrüfatlarına 
əməyə görə ödənişlər (ölkə daxilində + xaricdə) 
 
Kapital hesabının gəlirləri də əmək hesabında olduğu kimi ölkə daxilində və xaricdə 
istehsal prosesindən kapitala görə ödənişlərdən ibarət olub əlavə dəyərdə kapitalın 
payı ( “4)” elementi) və qalan dünyadan institusional sektorlar üzrə toplu hesablar 
cədvəlində gəlirlərin təkrar bölüşdürülməsi hesabının ehtiyatlar bölməsindəki alınmış 
cari transferlər isə “15)” elementi olaraq götürülmüşdür. Bu hesabın xərcləri isə müx-
təlif iqtisadi subyektlərin kapitala görə gəlirlərindən və qalan hissəsi isə qənaət hesa-
bına edilən ödəmədir. Bunlardan qeyri-maliyyə müəssisələri, maliyyə təşkilatları və 
ev təsərrüfatına xidmət edən qeyri-kommersiya təşkilatlarına edilən ödəmələr institu-
sional sektorlar üzrə toplu hesablar cədvəlində bu sektorların sərəncamında qalan 
ümumi gəlirlərinə bərabər götürülmüşdür (“18)”, “19)” və “21)” elementləri). Qalan 
dünyaya olan ödənişlər isə dünyadan institusional sektorlar üzrə toplu hesablar cəd-
vəlində gəlirlərin təkrar bölüşdürülməsi hesabının ehtiyatlar bölməsindəki verilmiş 
cari transferlər olaraq götürülüb. Bu sütunun digər elementləri (“20)”, “22)” və “23”) 
elementləri) digər hesablar üzrə də elementlər doldurulduqdan sonra qalıq metoddan 
istifadə edilərək tapılmışdır. 
Matrisdə hər element bir hesabın gəliri və digər bir hesabın xərci olduğunu nəzərə 
alaraq təkrarçılığa yol verməmək üçün bundan sonra hesablar üzrə bütün elementləri 
vermədən yalnız qalan elementlərin mənbələrini qeyd edək. Yerdə qalan elementlər-
dən biri “31)” elementi maddi dövriyyə vəsaitlərinin dəyişməsidir ki, bu hesabın sətir 
və sütununda yalnız bir element olduğu üçün və artıq sütundakı elementi əmtəə və 
xidmətlər hesabında yazdığımız üçün sətirdəki elementi də ona bərabər götürürük. 
Cədvəldə qalan elementlər qənaət sətirinin elementləridir ki, bunlar da institusional 
sektorlar üzrə toplu hesablar cədvəlində sərəncamda qalan gəlirlərin istifadəsi hesa-
bında qənaət sektorların qənaəti olaraq götürülmüşdür. Bu sətirin kapital və qalan 
dünya hesabları ilə kəsişməsində yerləşən elementlər isə qalıq metodun köməyilə ta-
pılmışdır. Beləliklə, cədvəl 3-dəki şəkildə ilkin variantda SHM alınmışdır. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin