Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021


UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 108 - 120



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə102/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   98   99   100   101   102   103   104   105   ...   163
UNEC-2021-məqalələe

UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 108 - 120 
Scientific Reviews in UNEC, Year 9, Volume 9, January-March, 2021, pp. 108 - 120 


113 
xərcləri isə bu hesabın sütunu ilə iqtisadi agentlər sətirinin kəsişməsində yerləşən 
faktorlara görə ödənişlərə bərabərdir. Faktorlar hesabı əksər hallarda əmək və kapital 
hesablarına ayrılmış formada göstərilir. Bu zaman ayrılıqda əmək və kapitala görə 
ödənişləri müəyyən etmək üçün istehsal funksiyalarından istifadə olunur [11, 14]. İq-
tisadi agentlər hesabı iqtisadiyyatın subyektlərini özündə saxlayır və matrisin nə dərə-
cədə detallı qurulmasından, göstəricilərin əlçatan olmasından və tədqiqatın məqsədin-
dən asılı olaraq ev təsərrüfatları, dövlət, maliyyə, qeyri-maliyyə və ev təsərrüfatlarına 
xidmət edən təşkilatlar üzrə ayrıla bilər və bu hesablar da həmin iqtisadi agentlərin gəlir 
və xərcləri uyğun olaraq sətir və sütunlarda əks olunur. Qalan dünya hesabı isə xarici 
ölkələrlə ölkə iqtisadiyyatı arasında iqtisadi əlaqələri özündə əks etdirir. 
Sosial hesablar matrisinin qurulması üçün müxtəlif mənbələrdən istifadə etmək lazım 
gəlir. Burada istifadə olunan əsas bazalar ehtiyat və istifadə cədvəlləri, sahələrarası 
balans cədvəli, tədiyyə balansı, matrisin ölçüsünün seçilməsindən asılı olaraq dövlət 
büdcəsinin gəlir və xərcləri, ev təsərrüfatları ilə bağlı olan sorğular və milli hesablar 
sisteminin digər göstəriciləri ola bilər. Burada bəzi göstəricilər ola bilər ki, onları 
müxtəlif mənbələrdən əldə etmək mümkün olsun. Lakin bu zaman da göstəricilərdə 
uyğunsuzluq ola bilər və ona görə hansı mənbədən olan göstəricilərin seçilməsi məsə-
ləsi qarşıya çıxır. Bundan başqa, müxtəlif mənbələrdən götürülmüş göstəricilərdən 
ibarət matris qurulduqdan sonra sətir və sütun cəmlərinin bərabərliyi şərtinin ödənil-
məməsi problemi ilə qarşılaşa bilərik. Bu zaman isə matrisin elementlərini mümkün 
qədər az dəyişməklə bu balansı təmin etməyə yönəlmiş optimallaşdırma üsullarından 
istifadə etməklə yanaşı, statistikanın dərinliklərinə gedərək uyğunsuzluqların mənbə-
lərinin tapılması ilə də bu balansı düzəltmək mümkündür [12, 13]. Lakin heç də 
həmişə verilmiş ölçüdə qurulan matrisdə bütün elementləri tapmaq olmur və ya gös-
təricilər ziddiyyətli olduğu üçün problemlər yaranır. Bu zaman mümkün göstəriciləri 
əldə etdikdən sonra bəzi çatışmayan göstəriciləri sətir və sütun cəmlərinin bərabərliyi 
şərtinin köməyilə əldə etmək mümkündür [11].

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin