Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə99/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   95   96   97   98   99   100   101   102   ...   163
UNEC-2021-məqalələe

 
Keywords
: National accounts, SAM, production, income distribution, income 
redistribution. 
 
МАТРИЦЫ СОЦИАЛЬНЫХ СЧЕТОВ ДЛЯ АЗЕРБАЙДЖАНА: 
ТЕОРЕТИКО-МЕТОДОЛОГИЧЕСКИЕ ОСНОВЫ, ЗАДАЧИ 
ПОСТРОЕНИЯ И ПРИМЕНЕНИЯ
 
Г. Ф. Рагимли

1
научн. сотрудник, НИИЭИ, UNEC 
1
g_rehimli@mail.ru 
Резюме 
Основная цель исследования - сформировать теоретическую основу для по-
строения матрицы социального учета для Азербайджана. Для этого сначала 
были изучены историческое развитие и структура матрицы социального учета, 
а затем определена возможная структура матрицы для Азербайджана с учетом 
наличия статистических показателей. В результате исследования была изучена 
структура социальной матрицы для Азербайджана, а затем был построен SAM 
для Азербайджана в исходной форме на основе последней доступной таблицы 
затрат-выпуска на 2016 год и проанализирован. Ограничения исследования: 
требуется больше практической информации. Практическая значимость иссле-
дования заключается в том, что, отразив в таблице макропоказатели экономики 
страны, построенная в исследовании матрица может быть использована для ана-
лиза экономики. Кроме того, в будущих исследованиях, более подробно отражая 
связи между счетами и используя более широкую статистическую базу данных, 
эту матрицу можно использовать для построения более точной SAM и расши-
рения ее до микроуровня для использования моделирования. 
Ключевые слова: 
национальные счета, МСС, производство, распределение 
доходов, перераспределение доходов.
 
G.F.Rəhimli: Azərbaycan üçün Sosial Hesablar Matrisi: nəzəri-metodoloji əsasları, qurulması və 
istifadəsi məsələləri 


110 
Giriş
Sosial hesablar matrisi 1 il ərzində iqtisadiyyatda baş verən bütün axınları özündə əks 
etdirən kvadrat matrisdir. Bu matrisə sahələrarası balans cədvəlinin genişlənməsi kimi 
də baxmaq olar. Lakin sahələrarası balans cədvəlləri yalnız istehsal əlaqələrini əks 
etdirdiyi halda, SHM sahələrarası balans cədvəllərini daxilində saxlamaqla istehsal 
əlaqələri ilə yanaşı, gəlirlərin bölgüsü, təkrar bölgüsü və s. əlaqələri də özündə əks 
etdirir. Sosial hesablarla milli gəlir hesablarının birlikdə əks olunması ideyası 17-18-
ci əsrlərdən yaranmış olsa da [1], o dövrlərdə klassik iqtisadi nəzəriyyənin hökm sür-
məsi bu araşdırmaların arxa planda qalmasına səbəb olmuşdur. Böyük Depressiyadan 
sonra isə Keyns nəzəriyyəsinin təklif etdiyi kimi dövlətin iqtisadiyyata müdaxiləsinin 
vacibliyi, statistik məlumatların toplanması və bu göstəricilər əsasında iqtisadi prob-
lemlərin həlli üçün yeni metodların hazırlanması məsələləri populyarlaşmağa başladı. 
İlk dəfə 1942-ci ildə Hicks Sosial hesablar anlayışını işlətmiş və onu milli gəlir he-
sablarından fərqləndirmişdir [2]. Nobel mükafatı laureatı Stone isə sosial hesablar 
matrisi ilə bağlı geniş tədqiqatlar aparmış və 1960-cı ildə ilk sosial hesablar matrisini 
qurmuşdur [3, 4]. 1976-cı ildə sosial hesablar matrisinin önəmi nəzərə alınaraq “Sosial 
hesablar matrisi: planlaşdırma üçün baza” mövzusunda Dünya Bankı simpoziumu ke-
çirilmiş və o dövrə qədərki tədqiqatlar əsasında matrisin qurulması metodologiyası, 
qurulması zamanı qarşıya çıxan problemlərin həlli və matrisin modelləşdirmədə tət-
biqi məsələləri müzakirə olunmuşdur. Həmin konfransdakı məruzələr əsasında hazı-
ranmış [5] sosial hesablar matrisinin qurulması prosesində önəmli bir mənbə hesab 
olunur. 1993-cü ildə isə SHM Milli hesablar sisteminə daxil edilmiş və orada bu 
matrisin milli hesabların matris formasında əksi olması qeyd edilmişdir [6]. 
SHM-in qurulmasının 2 əsas məqsədi var [5]. Birincisi, müəyyən bir dövr ərzində hər 
hansı bir ölkənin iqtisadiyyatında baş verən bütün axınları özündə əks etdirməklə bu 
matris həmin dövrdə ölkə iqtisadiyyatının strukturunu bir cədvəldə əhatə etməyə və 
geniş təhlillər aparmağa imkan verir. Lakin təbiidir ki, gələcək iqtisadi inkişafı təmin 
etmək, planlaşdırılan islahatların nəticələrini qiymətləndirmlək üçün “statistik görün-
tü” kifayət deyil və bunun üçün modellərin qurulması lazımdır. Bu baxımdan, SAM-
ın qurulmasında ikinci məqsəd modellərin qurulması üçün geniş və əlverişli bir quru-
luşa sahib statistik baza əldə etməkdir. SAM əsasında qurulan modellərin üstünlüyü 
ondadır ki, o, dəyişikliklərin təkcə iqtisadi artıma təsirini deyil, gəlirlərin bölgüsü və 
təkrar bölgüsü əlaqələrini də əks etdirdiyi üçün matrisin disaqreqatlaşma dərəcəsindən 
asılı olaraq ölkədəki həyat standartlarına, müxtəlif əhali təbəqələrinə ayrılıqda təsirini 
müəyyənləşdirməyə imkan verir. Buna görə də, sosial hesablar matrisinin qurulması 
aktual məsələdir. Lakin təbii olaraq bu qədər göstəricinin bir matrisdə toplanması 
özlüyündə asan məsələ deyildir. Xüsusən inkişaf etməkdə olan ölkələrdə göstəricilərin 
mövcudluğu, əlçatanlığı, həmçinin müxtəlif mənbələrdən toplanmış göstəricilərdə 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin