Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021


UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 108 - 120



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə100/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   96   97   98   99   100   101   102   103   ...   163
UNEC-2021-məqalələe

UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 108 - 120 
Scientific Reviews in UNEC, Year 9, Volume 9, January-March, 2021, pp. 108 - 120 


111 
olan ziddiyyətlər sosial hesablar matrisinin qurulmasını çətinləşdirir. Lakin matrisin 
önəmini nəzərə alaraq əksər ölkələrdə bu matris rəsmi statistika qurumları tərəfindən 
müəyyən müntəzəmliklə tərtib olunur. Azərbaycanda isə sahələrarası balans cədvəlləri 
5 ildən bir Dövlət Statistika Komitəsi tərəfindən dərc edilsə də, sosial hesablar matrisi 
tərtib olunmur. İqtisadi İslahatlar İnstitutunda bu sahədə müəyyən qədər tədqiqatlar 
aparılmış və 2006 və 2011-ci illər üçün Sosial Hesablar matrisi qurulmuşdur [7, 8, 15]. 
Bu məqalədə isə ARDSK tərəfindən dərc edilmiş sonuncu sahələrarası balans cədvəli 
əsasında SHM qurulacaqdır. 
Sosial Hesablar Matrisinin tərtibinin nəzəri-metodoloji əsasları 
Bu məqalədə Sosial hesablar matrisinin strukturu araşdırılaraq gələcəkdə daha detallı 
bir SHM qurmaq üçün nəzəri baza formalaşdırılacaqdır. Bu məqsədlə öncə sosial 
hesablar matrisinin strukturu öyrənilmiş, daha sonra Dövlət Statistika Komitəsi tərə-
findən nəşr olunmuş sonunucu – 2016-cı ilə aid sahələrarası balans cədvəli [9] əsa-
sında ilkin formada SHM qurulmuş və ziddiyyətləri və daha çox disaqreqatlaşdırıl-
masının mümkünlüyü cəhətdən təhlil edilmişdir [16]. 
Avropa İttifaqı, Beynəlxalq Valyuta Fondu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, 
Birləşmiş Millətlər Təşkilatı və Dünya Bankının hazırladığı “Milli Hesablar Sistemi 
2008”-də [10] Sosial hesablar matrisi mal və xidmətlərin ehtiyatları və istifadə cəd-
vəlləri, sahələrarası balans cədvəllərinin göstəricilərinin bir matris şəklində toplanma-
sı, həmçinin milli hesabların institusional sektorların göstəriciləri, tədiyyə balansı gös-
təriciləri də əlavə edilməklə hazırlanır. Və tədqiqatın məqsədindən və göstəricilərin 
mövcudluğundan asılı olaraq bu hesablar daha çox hesablara ayrıla bilər. Ümumilikdə, 
ən sadə halda, hər bir SHM-də bu hesablar olmalıdır: iqtisadi fəaliyyətlər hesabı, 
əmtəə və xidmətlər hesabı, faktorlar hesabı, iqtisadi agentlər hesabı, qənaət və qalan 
dünya hesabları. Hər bir hesab həm sətirdə, həm də sütunda yer alır. Hər bir hesaba 
uyğun sətir bu hesabın gəlirlərini, sütunu isə xərclərini göstərir və tarazlıq şərtinə görə 
hər bir hesabın gəlirləri xərclərinə bərabər olduğundan hər bir hesaba uyğun sətirlərin 
cəmi sütunların cəminə bərabər olur [11, 16]. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin