116
Əlavə dəyərdə əmək və kapitalın payını müəyyənləşdirmək üçün isə CES funksiyası
qurulmuşdur və nəticə olaraq alınmışdır ki, əmək 17, kapital isə 83 % təşkil edir[14].
“5)” elementi istehsal fəaliyyətləri sahəsinin dövlətə verdiyi istehsala vergiləri ifadə
edir. Bu göstərici də sahələrarası balans cədvəlindən götürülmüşdür. Beləlilkə “2)”,
“3)”, “4)” və “5)” elementləri istehsal fəaliyyətləri hesabının sütununu tamamlayır və
bu sütunun cəmini tapmaqla bu hesabın sətrində yeganə element olan “1)” elementini
bu elementlərin cəmi olaraq götürə bilərik. Beləliklə istehsal fəaliyyətləri hesabı üçün
aşağıdakı bərabərlik ödənilir:
ölkədaxili istehsal = aralıq istehlak + əməyə görə ödənişlər + kapitala görə
ödənişlər + istehsala vergilər
Əmtəə və xidmətlər hesabının sətri bu hesabın gəlirlərinin mənbəyini göstərir. Bu
göstəricilər mal və xidmətlərin istifadəsi cədvəlindən götürülmüşdür. “2)” bu hesab-
dan istehsal sahələrinə satılan aralıq istehlakın dəyərini, “6)”, “7)” və “8)” isə uyğun
olaraq dövlət idarəetmə orqanlarının, ev təsərrüfatlarının və ev təsərrüfatlarına xidmət
edən qeyri-kommersiya təşkilatlarının istehlak xərclərini əhaət edir. “9)” yığım, “10)”
maddi dövriyyə vəsaitlərinin dəyişməsi, “11)” isə ixrac edilən əmtəə və xidmətlərin
dəyəridir. Əmtəə və xidmətlər hesabı ölkədə istehsal
olunmuş bütün əmtəə və xid-
mətləri istehsal fəaliyyətləri hesabından alır (bu, “1)” elementidir və
istehsal fəaliy-
yətləri sətirində qeyd edilib), həmçinin xaricdən müəyyən əmtəə və
xidmətləri idxal
edir, bu element sahələrarası balans cədvəlindən götürülmüşdür. “13)”
isə məhsula
vergiləri və o cümlədən idxal prosesində ödənən vergiləri
əhatə edir və bu element
qalıq metod vasitəsilə bu hesabın sətirinin cəmindən sütundakı digər məlum element-
ləri çıxmaqla alınmışdır. Beləliklə əmtəə və xidmətlər hesabı üçün aşağıdakı bəra-
bərlik ödənilir:
Aralıq istehlak + son istehlak (dövlət idarəetmə orqanlarının, ev təsərrüfatla-
rının və ev təsərrüfatlarına xidmət edən qeyri-kommersiya təşkilatlarının) +
yığım + maddi dəy + ixrac= ölkədaxili istehsal + idxal + məhsula və idxala
vergilər
Əmək hesabının sətirinin gəlirləri ölkədəki istehsal
prosesində əldə olunan əmək
ödənişlərindən və xaricdən əldə edilən əmək ödənişlərindən ibarətdir. “3)” elementi
qeyd etdiyimiz kimi istehsal funksiyasının qurulmasından əldə edilən əmsala uyğun
əlavə dəyərin bir hissəsidir, “14)” elementi isə institusioanl sektorlar üzrə toplu hesab-
larda gəlirlərin ilkin bölüşdürülməsi hesabının istifadə
bölməsində qalan dünyadan
əmək ödənişləridir. Əməyə görə əldə olunan bu gəlirlərin
əsas hissəsi ev təsərrü-
Dostları ilə paylaş: