138
EV TƏSƏRRÜFATLARI GƏLİRLƏRİ: KƏND TƏSƏRRÜFATI
FƏALİYYƏTİNİN SAHƏLƏRİ ÜZRƏ GƏLİRLƏRİN TƏHLİLİ
Daxil olub: 14 mart 2021-ci il;
Qəbul olunub: 5 may 2021-ci il
Received: 14 mart 2021;
Accepted: 5 May 2021
N.N.Məmmədov
1
1
doktorant, ADAU
1
mammadovniyaz@mail.ru
Xülasə
Elmi-tədqiqat işində ev təsərrüfatları tədqiqatının əhəmiyyəti, xüsusilə dağlıq və
dağətəyi bölgələrdə olan ev təsərrüfatlarının gəlir mənbələrinin tədqiqinin aktuallığı
vurğulanmışdır.
Tədqiqat işinin özəyini Azərbaycanda və Gürcüstanda dağlıq və dağətəyi bölgələrdə
olan ev təsərrüfatlarının kənd təsərrüfatı fəaliyyətindən gəlir mənbələrin araşdırılması
təşkil edir. Hər iki ölkədə tədqiqat üçün ev təsərrüfatlarının seçilməsi və seçilmiş
obyektlərdə sorğunun təşkili metodologiyası haqda məlumat verilmişdir. Eyni zaman-
da, sorğu nəticəsində əldə edilmiş məlumatlar əsasında ev təsərrüfatlarının kənd təsər-
rüfatı fəaliyyəti növləri üzrə gəlirləri, xərcləri və rentabellik səviyyəsi hesablanmışdır.
Həmçinin müvafiq sahələrdən mənfəətin hesablanması da təmin edilmişdir. Müqayi-
səli şəkildə aparılan təhlillər nəticəsində hər iki ölkənin ev təsərrüfatlarının kənd
təsərrüfatı sahəsində gəlirinə təsir edən faktorlar müəyyənləşdirilmişdir. Məqalədə
müxtəlif mənbələr üzrə gəlirlərin az və çox olmasının səbəbləri müəyyənləşdirilmiş,
ev təsərrüfatları gəlirinin artırılması imkanları araşdırılmışdır. Əldə edilmiş nəticələr
əsasında müvafiq təkliflər verilmişdir.
Açar sözlər:
ev təsərrüfatları, kənd təsərrüfatı, gəlir, mənfəət, xərc, rentabellik
səviyyəsi.
Dostları ilə paylaş: