146
qiyməti, həm də şəxsi istehlak üçün istifadə edilən məhsulun qiyməti daxildir. Hey-
vandarlıq fəaliyyətləri arasında südlük inək əldə edilən
gəlirə görə digər sahələri
qabaqlayır. Ev təsərrüfatları ən az gəliri toyuq və qazdan əldə edir. Toyuq və qaz
əsasən şəxsi istehlak üçün istifadə olunur və ev təsərrüfatları bir o qədər də böyük
quşçuluq təsərrüfatlarına malik deyillər. Arıçılıqdan əldə edilən gəlir kartofçuluq və
südlük inəkdən əldə edilən
gəlir qədər çox olmasa da, bu sahəyə çəkilən xərclərin
azlığı hesabına onun rentabellik səviyyəsi yüksəkdir. Arıçılıq da rentabellik səviy-
yəsinə görə fərqlənir. Ev təsərrüfatının gəlir mənbələrindən
biri də biçənək sahə-
lərindən əldə edilən gəlirdir. Lakin biçənək sahəsindəki xərclərin çoxluğu onun renta-
belliyini aşağı salır. Bir hektar biçənəkdən əldə olunan rentabellik 44%-ə bərabərdir
ki, bu da qeyd etdiyimiz kimi, digər fəaliyyət növləri arasında müvafiq göstəriciyə
görə ən aşağı həddir. Ümumiyyətlə biçənəklərin Azərbaycanın
hər üç kəndi üçün
xarakterik xüsusiyəti ondan ibarətdir ki, məhsuldarlıq aşağıdır və biçənək sahələri ev
təsərrüfatlarından xeyli aralı yerləşir. Bu da daşınma-nəqliyyat xərclərini artırır ki,
nəticədə rentabelliyi aşağı salır. Təkcə onu demək kifayət edir ki, bu sahə üzrə
çəkilmiş xərclər satışdan gəlirin 69%-nə bərabərdir. Bu, Plankənd kəndi üçün müvafiq
göstərici üzrə ən yüksək rəqəmdir. Plankənd kəndindən fərqli olaraq, Atabəy kəndinin
iqlimi taxıl becərməyə imkan verir. Bu səbəbdən Atabəy kəndində maliyyə nəticələri
hesablanmış kənd təsərrüfatı fəaliyyəti sahələrinin sayı bir vahid artıqdır. İki kənd
arasındakı fərq təkcə təsərrüfat fəaliyyətlərinin sayında deyil.
Atabəy kəndində ən
rentabelli fəaliyyət kartofçuluqdur. Model ev təsərrüfatı ən yüksək gəliri kartofçu-
luqdan əldə edir. Eyni zamanda bu fəaliyyət sahəsindən əldə edilən mənfəət ev
təsərrüfatının kənd təsərrüfatı fəaliyyəti sahələrindən
ümumilikdə əldə etdiyi mən-
fəətin 49,8 faizinə bərabərdir. Kartofçuluqdan sonra arıçılıq (240%) və qoyunçuluq
(200%) ən rentabelli sahələrdir. Bir hektar buğda əkinindən yaranan gəlir (697 manat)
məhsul vahidinə görə arıçılıqdan (180 manat) və qoyunçuluqdan (117 manat) əldə
edilən gəliri üstələyir. Lakin bir hektar buğda sahəsinə çəkilən xərclərin məhsul vahi-
dinə görə arıçılıq və qoyunçuluqdan yüksək olması onun rentabellik səviyyəsinin
arıçılığa və qoyunçuluğa nisbətən aşağı olmasına gətirib çıxarır. Azərbaycanın digər
iki kəndində olduğu kimi ən aşağı rentabellik bir hektar biçənək sahəsinə aiddir.
Məhsul vahidi üzrə ən az gəlir quşçuluqdan əldə edilir (qaz - 22 manat və toyuq - 31
manat). Buna baxmayaraq rentabellik səviyyəsi bir baş qaz üçün 100%, bir baş toyuq
üçün isə 63%-dir. Bu kənddə əkinçilikdə kartofçuluq, heyvandarlıqda isə südlük inək
təsərrüfatın əsas gəlir gətirən fəaliyyət sahələridir.
Göygölün Kərəmli kəndində Azərbaycanın digər iki tədqiqat kəndinin
hər birindən
daha çox kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olurlar. Ümumiyyətlə bu kənd fəaliyyət
sahələrinin sayına görə həm Azərbaycan, həm də Gürcüstanı qabaqlayır. Kəndin
əlverişli təbii iqlimi burada çoxillik əkmə olan moruq giləmeyvəsinin yetişdirilməsinə
Dostları ilə paylaş: