Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021


UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 138 - 152



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə132/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   128   129   130   131   132   133   134   135   ...   163
UNEC-2021-məqalələe

UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 138 - 152 
Scientific Reviews in UNEC, Year 9, Volume 9, January-March, 2021, pp. 138 - 152 


145 
tətbiq olunmuşdu. Bu ölkədə ümumilikdə 22 kəndin göstəriciləri tədqiq edilmiş, sonda 
kəndlərin seçimi yekunlaşdırılmış və 2015- ci ilin iyul ayından etibarən tədqiqat kənd-
lərində ilkin elmi tədqiqat işləri reallaşdırılmışdı. Beləliklə, Azərbaycanın Göygöl, 
Şəmkir və Gədəbəy rayonlarında müvafiq olaraq Kərəmli, Atabəy və Plankənd kənd-
ləri, Gürcüstanda isə Saqareco, Axmeta və Qurcuani rayonlarında Qombori, Şaxvetila, 
Araşenda kəndləri tədqiqat obyekti olaraq seçilmişdi. 
Tədqiqat işimizdə model ev təsərrüfatlarının gəlir, xərc və mənfəət üzrə göstərici-
lərinin hesablanması Excel proqramı – MAX-ın köməyi ilə həyata keçirilmişdir [9]. 
Dəniz səviyyəsindən hündürlüyə görə Plankənd ən yüksək, Araşenda kəndi isə ən 
aşağı səviyyədə yerləşir. Eyni zamanda Araşenda ərazisinə və əhalinin sayına görə ən 
böyük, Şaxvetila isə ən kiçik kənddir. Azərbaycanın tədqiqat kəndlərində ev təsərrü-
fatlarının 62 - 82%-i daimi yaşayış statusuna malik olduğu halda, Gürcüstanın Ara-
şenda kəndində 49%, Şaxvetila kəndində isə 62%-i daimi yaşayış statusuna malikdir. 
Ev təsərrüfatlarının soasi-liqtisadi vəziyyətinə dair 198-i Azərbaycanda, 194-ü isə 
Gürcüstanda olmaqla, ümumilikdə 392 ev təsərrüfatından sorğu nümunəsi götürül-
müşdür. Azərbaycanın tədqiqat kəndlərinin 33 - 71%-i, Gürcüstan kəndlərinin isə 30 
- 47%-i sorğuya cəlb olunmuşdur. Sorğuda istirak edən respondentlərin 62%-i kişi, 
38%-i qadındır. Eləcə də, respondentlərin 52%-i ailə başçısı (kişi), 30%-i ailə başçı-
sının arvadı, 18%-i digər ailə üzvləridir. Müsahiblərin yaşı 18 - 86 yaş aralığında də-
yişdiyi halda, orta yaş həddi 51-dir. Azərbaycanda və Gürcüstanda sorğu götürülən ev 
təsərrüfatlarında işçi qüvvəsi ailə üzvlərinin müvafiq olaraq 71 və 68 faizini təşkil edir. 
Tədqiqat zamanı müəyyən olunan məqamlardan biri də Azərbaycanın rayonlarındakı 
kəndlərdə ev təsərrüfatlarının fəaliyyət növlərinin sayının Gürcüstandakı müvafiq 
saydan çox olmasıdır. Bunun əsas səbəblərindən biri sorğu zamanı ölkəmizdəki res-
pondentlərin daha dəqiq və ətraflı məlumat verməsidir. Həmçinin Azərbaycanda əkin-
çilik fəaliyyətinin növləri Gürcüstana nəzərən daha geniş yayılmışdır. Bu isə Azərbay-
canda bitkiçiliyə yararlı sahələrin Gürcüstana nisbətən daha çox olmasıdır. 
Nəticələrimiz ev təsərrüfatlarının kənd təsərrüfatı məşğuliyyət sahələri üzrə gəlir, xərc, 
mənfəət və rentabellik üzrə hesablamalara əsaslanır. Bu hesablamalar müvafiq sahə-
lərdə hər vahid üzrə aparılmışdır. Yəni göstəricilər əkinçilikdə 1 hektar ərazi üçün, hey-
vandarlıqda 1 baş heyvan üçün, arıçılıqda isə 1 arı ailəsi üçün hesablanmışdır. 
Rəqəmlərdən göründüyü kimi (Cədvəl 1) Gədəbəyin Plankənd kəndində səkkiz əsas 
təsərrüfat fəaliyyəti üzrə maliyyə göstəriciləri, mənfəət hesablanmışdır. Ən yüksək 
rentabellilik göstəricisi bir baş keçidən əldə olunmuşdur (268%). Hesablama aparılmış 
fəaliyyət növləri içərisində ən çox gəlir region üçün ənənəvi məşğuliyyət olan kartof-
çuluqdandır. Bir hektar kartof sahəsindən əldə edilən gəlir 4144 manata bərabərdir. 
Həmin məbləğə ev təsərrüfatlarının həm heyvandarlıqda istifadə etdikləri məhsulun 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin