Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021


N.N.Məmmədov: Ev təsərrüfatları gəlirləri: kənd təsərrüfatı fəaliyyətinin sahələri üzrə gəlirlərin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə135/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   131   132   133   134   135   136   137   138   ...   163
UNEC-2021-məqalələe

N.N.Məmmədov: Ev təsərrüfatları gəlirləri: kənd təsərrüfatı fəaliyyətinin sahələri üzrə gəlirlərin 
təhlili 


148 
sahəsidir. Bunun səbəbi isə bir hektar kartof əkininə çəkilən xərclərin daha çox olma-
sıdır. Rentabellik səviyyəsinin aşağı olmasına baxmayaraq, Kərəmli kəndində model 
ev təsərrüfatı moruqdan sonra ən çox gəliri bir hektar kartof sahəsindən əldə edir. 
Bütün tədqiqat kəndlərində olduğu kimi ev təsərrüfatının gəlirdə ən az payı quşçuluq 
sahələrindəndir.
 
Ümumilikdə isə Kərəmli kəndində ev təsərrüfatlarının heyvandarlıq 
sahəsindən əldə etdiyi gəlir ümumi kənd təsərrüfatından əldə etdiyi gəlirin cəmi 12%-
nə bərabərdir. 
Gürcüstanın tədqiqat kəndlərindən əldə olunan nəticələrə əsasən deyə bilərik ki, bu 
kəndlərdə olan rentabellik bizim tədqiqat kəndlərinə nəzərən daha yüksəkdir. Bunun 
isə əsas səbəbi bu ölkədə, ümumilikdə qiymətlərin bizim ölkəyə nəzərən daha ucuz 
olmasıdır. Belə ki, yem bazasının geniş olması yemə çəkilən xərclərin azalmasına 
gətirib çıxarır. Gürcüstanın da tədqiqat sahələri göstəricilərinin də hesablanma metodu 
Azərbaycanda olduğu kimidir. Bizdən fərqli olaraq göstəricilər Gürcüstanın milli 
valyutası olan lari (GEL) ilə hesablanmışdır. Bununla belə, ayrı-ayrı fəaliyyət sahələ-
rinə bütün kəndlərdə rast gəlindiyi üçün dolğun məlumat götü-rülmüş bir kəndin məlu-
matlarına əsasən digər kəndlərdə də bu göstəricilər hesablanmışdır. Məsələn: Qombori 
kəndinin göstəriciləri əsasında Araşenda və Şaxvetila kəndləri üçün bir hektar biçə-
nəkdən, Araşenda kəndinin göstəriciləri əsasında Şaxvetila kəndi üçün bir hektar 
üzüm sahəsindən, Araşenda kəndinin göstəriciləri əsasında Qombori və Şaxvetila 
kəndləri üçün bir hektar buğda sahəsindən və Qombori kəndinin göstəricləri əsasında 
Araşenda kəndi üçün bir baş donuzçuluqdan əldə edilən göstəricilər hesablanmış və 
təbii olaraq, həmin göstəricilər eynilik təşkil edir. Bütün bunların fonunda Gürcüstanın 
tədqiqat kəndlərindən əldə olunan nəticələrə əsasən deyə bilərik ki, bu kəndlərdə olan 
rentabellik bizim tədqiqat kəndlərinə nəzərən daha yüksəkdir. Bunun isə əsas səbəbi 
bu ölkədə istehsala çəkilən xərclərin qiymətinin bizim ölkəyə nisbətən daha ucuz 
olmasıdır. Belə ki, örüş sahələrinin çox olması yemləmə xərclərinin azalmasına gətirib 
çıxarır. Gürcüstanın da tədqiqat sahələri göstəricilərinin də hesablanma metodu Azər-
baycanda olduğu kimidir. Bizdən fərqli olaraq göstəricilər Gürcüstanın milli valyutası 
olan lari (GEL) ilə hesablanmışdır. 
Gürcüstanın Qombori kəndi üçün hesablanmış maliyyə göstəriciləri yalnız kənd təsər-
rüfatının doqquz əsas fəaliyyət sahəsini əhatə edir. Bu fəaliyyət sahələri içərisində ən 
çox rentabelliyə malik olan sahə kartofçuluqdur (245%). Buna baxmayaraq kartof-
çuluq əldə edilən gəlirə görə bir hektar buğda və biçənəkdən, heyvandarlıqda isə süd-
lük inək və donuzçuluqdan geri qalır. Biçənək sahəsindən gəlir yüksək olsa da, xərc-
lərin çoxluğu onun rentabellik səviyyəsini aşağı salır. Ölkəmizin tədqiqat kəndlərində 
olduğu kimi Gürcüstanda da quşçuluq məhsul vahidi üzrə ən az gəlir gətirən fəaliyyət 
sahəsidir. Ancaq əldə edilən məlumatların azlığı səbəbindən qonşu ölkə üzrə ev təsər-
rüfatlarında bir baş qaz üçün maliyyə göstəricilərini hesablamaq mümkün olmamışdır. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin