151
çilik sahələri üzrə fəaliyyətdən formalaşır. Azərbaycanda ev təsərrüfatları kartofçulu-
ğun, Gürcüstanda isə Qombori kəndi istisna olmaqla kartofçuluğun və üzümçülüyün
hesabına gəlirlərinin böyük bir qismini bitkiçilikdən əldə edirlər. Azərbaycanın kənd-
lərində kənd təsərrüfatı sahəsi üzrə məşğuliyyət sahələrinin sayı daha çoxdur. Kənd
təsərrüfatı məşğuliyyəti növləri üzrə Gürcüstandakı ev təsərrüfatlarının
rentabellik
göstəriciləri bizim kəndlərdəki ev təsərrüfatlarının rentabellik göstəricilərindən daha
çoxdur. Bu isə qonşu ölkədə qiymətlərin aşağı olması və nəticə etibarı ilə xərclərin az
olmasına gətirib çıxarır ki, bu da rentabelliyin yüksək olmasına səbəb olur. Azərbay-
canda bitkiçilik üzrə məşğuliyyət sahələri Gürcüstandan daha çoxdur,
bu isə əsas
etibarı ilə, əkin üçün torpaq sahələrinin Gürcüstana nisbətən ölkəmizdə geniş olması
ilə əlaqədardır. Kərəmli kəndində ev təsərrüfatları üçün moruq bitkisinin böyük əhə-
miyyəti olduğu kimi, Gürcüstanın Araşenda kəndi üçün də üzümçülüyün böyük əhə-
miyyəti var. Yığılan məhsulun 70%-nin satıldığı Araşenda kəndində bu sahə üzrə
rentabellik yüksəkdir və təsərrüfat üçün aqrar sahədən əsas gəlir mənbəyidir.
Azərbaycanda ev təsərrüfatlarının aqrar sektor üzrə gəliri əkinçiliyin hesabına forma-
laşır. Belə ki, ümumi kənd təsərrfüatı gəlirinin 70%-dən
çoxunun aqrar sahənin bu
bölməsi təşkil edir. Gürcüstanda isə əksinə, heyvandarlıq sahəsi üzrə gəlir daha çoxdur.
Bu isə həmin ölkədə ev təsərrüfatlarının donuzçuluq fəaliyyyəti ilə əlaqədardır. Yalnız
Araşenda kəndi üzümçülüyün hesabına gəlirinin çox hissəsini bitkiçilikdən əldə edir.
Hər iki ölkənin altı kəndi üçün kartofçuluğun əhəmiyyəti olduqca böyükdür. Plankənd
və Atabəy kəndlərində kartofçuluqdan əldə edilən gəlir ev təsərrüfatlarının kənd
təsərrüfatı fəaliyyətindən əldə edilən gəlirin müvafiq olaraq 73 və 72 faizinə bəra-
bərdir. Kərəmli kəndində də kartofçuluq gəlirliyinə görə fərqlənən fəaliyyət sahəsidir.
Lakin bu kənd üçün hesablanmış göstəricilərə əsasən
kartofçuluqdan əldə edilən
gəlirin xüsusi çəkisi digər iki Azərbaycan kəndlərinə nisbətən azdır. Bunun səbəbi isə
bu fəaliyyət sahəsinin Kərəmli kəndi üçün az gəlirli olmasında deyil, bölgə üçün
xarakterik olan moruq giləmeyvəsi üçün maliyyə göstəricilərinin hesablanmasıdır.
Belə ki, bu fəaliyyət sahəsi üzrə göstəricilərin hesablanması
həmin sahənin gəlirdə
payının nisbətən çox olması kartofçuluğun gəlirdəki xüsusi çəkisinə təsirsiz ötüşmə-
mişdir. Moruq, ümumiyyətlə Göygöl rayonu üçün spesifik məhsul olmaqla həm bu
rayonun, həm də Kərəmli kəndinin iqtisadiyyatına müsbət təsiri ilə fərqlənir. He-
sablamalardan
da göründüyü kimi, bu kənddə moruq giləmeyvəsindən əldə edilən
gəlir ev təsərrüfatlarının kənd təsərrüfatı fəaliyyətindən əldə etdiyi gəlirin yarıdan
çoxuna bərabərdir.
Bu gün otlaqların cari vəziyyəti o qədər də ürəkaçan deyil. Doğrudur, fermerlər hey-
vanlarını aşağı keyfiyyətli otlaqlarda otarmaqla müəyyən gəlir əldə edir. Lakin təd-
qiqatımızın nəticələri göstərir ki bu cür sistemsiz otarma davam edərsə, yaxın 5 ildən
sonra bu gəlir aşağı düşə bilər.
Dostları ilə paylaş: