Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021


Cədvəl 3. Peşə təhsili müəssisələri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə146/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   142   143   144   145   146   147   148   149   ...   163
UNEC-2021-məqalələe

Cədvəl 3. Peşə təhsili müəssisələri 
İllər 
2014 
2015 
2016 
2017 
2018 
2019 
Peşə təhsili müəssisələrinin sayı (ədədlə) 
112 
113 
113 
112 
111 
111 
onlarda təhsil alanların sayı, nəfərlə 
29234 25414 24482 23814 24024 23965 
Mənbə: https://www.stat.gov.az/.
 
2014 - 2019-cu illər üzrə peşə təhsili müəssisələri və orada təhsil alanların sayında 
azalmalar müşahidə olunur. Xatırladaq ki, müstəqilliyin ilk illərində 176 peşə təhsili 
müəssisəsi və orada təhsil alanların sayı 82,5 min nəfər olmuşdur. 
Hesab edirik ki, sənaye müəssisələrində kadr potensialından səmərəli istifadə olun-
ması istiqamətlərindən biri də ali təhsil sisteminin əmək bazarının tələblərinə uyğun 
kadr hazırlanması ilə bağlıdır. Məlumdur ki, ali təhsil müəssisəsinin əsas fəaliyyətinin 
məhsulu məhz təhsil proqramı hesab olunur və hər hansı bir ali məktəbin bazarda 
uğurlu fəaliyyəti həmin təhsil müəssisəsinin təklif etdiyi təhsil proqramından birbaşa 
şəkildə asılıdır. 
UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 153 - 163 
Scientific Reviews in UNEC, Year 9, Volume 9, January-March, 2021, pp. 153 - 163 


159 
Qeyd edək ki, inkişaf etmiş ölkələrdə ixtisaslaşma daha dərin aparılır. Məsələn, 
“Zootexnik” ixtisası aşağıdakı ixtisaslaşmalarla aparılır: quşçuluq, atçılıq, gölməçə, 
sənaye və akvarium balıqçılığı, arıçılıq, heyvan yetişdirilməsinin biotexnikası, hey-
vanların genetika və seleksiyası və s. Belə hal müasir dövrdə “İnformatika və hesab-
lama texnikası” ixtisası üzrə xüsusi aktuallıq kəsb edir. Xarici ölkələrin təcrübəsi gös-
tərir ki, ali təhsil müəssisələrində “Beynəlxalq əməkdaşlıq sahəsində tətbiqi infor-
matika”, “Sosial kommunikasiyalarda tətbiqi informatika”, “İnformasiya obyektləri-
nin kompleks mühafizəsi”, “Tətbiqi riyaziyyat və informatika”, “Humanitar sahədə 
tətbiqi informatika”, “Kompüter təhlükəsizliyi” və s. kimi ixtisaslar yaranmışdır. Hal-
hazırda isə belə ixtisaslar daha da dərinləşir və təkmilləşir. 
Ümumiyyətlə, “İstiqaməti (ixtisası) üzrə bakalavr hazırlığının minimum məzmununa 
və səviyyəsinə qoyulan dövlət tələbləri”nə görə bakalavr hazırlığı üçün ayrılan ümumi 
tədris müddəti 198 həftədir. Bunun da 105-i nəzəri təlim üçün, 14-ü təcrübə üçün, 35-
i imtahan sessiyası üçün, 38-i tətillər üçün, 6-sı yekun attestasiya üçün nəzərdə tutul-
muşdur. Başqa sözlə, bakalavr hazırlığı üçün nəzərdə tutulan ümumi tədris müddətinin 
cəmi 5 - 7%-i təcrübə üçün nəzərdə tutulmuşdur. 
Ali təhsil standartları üzrə aparılan araşdırmalar göstərir ki, zamanla müəyyən təkmil-
ləşdirilmələrə ehtiyac duyulur. Bunun üçün də təkcə sənaye müəssisələri deyil, iqtisa-
diyyatın bütün sahələri məşğulluqla bağlı düzgün təsnifat verməlidir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin