Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021


UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 153 - 163



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə142/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   138   139   140   141   142   143   144   145   ...   163
UNEC-2021-məqalələe

UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 153 - 163 
Scientific Reviews in UNEC, Year 9, Volume 9, January-March, 2021, pp. 153 - 163 


155 
yüksəldilməsi, əmək bazarının yeni tələbləri əsasında əhalinin keyfiyyətli təhsil xid-
mətləri ilə təmin edilməsi və digər bu kimi məsələləri əhatə edir. Başqa sözlə, müasir 
dövrdə ölkənin sosial inkişafı yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur ki, bu 
mərhələdə də başlıca məqsəd davamlı insan inkişafının təmin olunmasıdır. Qeyd edi-
lən mühüm məsələlərdən biri kadr hazırlığının strukturunun (istər kəmiyyət, istərsə də 
keyfiyyət aspektləri üzrə) ölkənin sosial-iqtisadi inkişafının müasir xüsusiyyətlərinə 
uyğunlaşdırılmasıdır. Kadr hazırlığı strukturunun ölkənin sosial-iqtisadi inkişafının 
tələblərinə uyğunlaşdırılması prosesi olduqca geniş əhatəli bir məsələ olduğundan, bu, 
sistemli yanaşmanı tələb edir. 
Sənaye müəssisələrində kadr potensialının fomalaşması aspektlərinə 
 empirik baxış
Hesab edirik ki, sənayedə, kənd təsərrüfatında və bütövlükdə iqtisadiyyatın bütün sa-
hələrində kadr potensialının formalaşması mexanizminin əsas alətlərini ölkədə məş-
ğulluğun təsnifatı sistemi, peşə standartları sistemi, sahəvi assosiasiyalar və ya peşəkar 
birliklər, ali təhsil standartları təşkil edir. Sadalanan bu sistemləri hərəkətə gətirən, 
inkişaf etdirən və təkmilləşdirən qüvvə isə rəqabət mühiti olmalıdır. Bu baxımdan 
qeyd edilən amillər üzrə sənaye müəssisələrində kadr məsələsinin təhlilinə yaxın-
laşsaq daha məntiqli olar. 
İnkişaf etmiş ölkələr əmək bazarında hər il nə qədər mühəndisə, nə qədər həkimə, nə 
qədər iqtisadçıya və s. ixtisaslaşmış kadra ehtiyacın olduğunu, yəni tələbin həcmini 
dəqiq rəqəmlərlə müəyyən etməyə çalışır ki, bunun da əsasında hökumət ali məktəb-
lərin qəbul planını tənzimləyir. Bu proses bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərən 
müvafiq institusional mexanizmlərin formalaşdırılmasını və fəaliyyətini nəzərdə tutan 
kompleks məsələdir və məhz bunun əsasında ali təhsil sektoru ilə iqtisadi inkişaf 
arasında daimi olaraq sistemli bağlılıq yaranır. Təəssüflə qeyd etməliyik ki, ölkəmizdə 
belə bir yanaşma olmadığından, nəinki sənaye müəssisələrində, hətta iqtisadiyyatın 
demək olar ki, heç bir sahəsində bu tətbiq olunmur. Bu da kadr potensialından səmərəli 
istifadə olunması istiqamətində mövcud olan aktual problemlərdir. Yəni makroiqtisadi 
səviyyədə dövlətin təkcə sənaye müəssisələrində deyil, eyni zamanda iqtisadiyyatın 
bütün sahələrində kadrlara olan tələbi müəyyən etməsi olduqca aktual məsələ olma-
sına baxmayaraq, bu istiqamətdə konkret yanaşma yoxdur. 
Sənaye müəssisələrində kadr potensialından səmərəli istifadə olunması istiqamətində 
mövcud olan aktual problemlərdən biri də müvafiq peşələr və ixtisaslar üzrə tələblərlə 
bağlı məlumatları ətraflı şəkildə əks etdirə bilən statistik informasiya bazasının forma-
laşdırılması ilə bağlıdır. Bu, kadr hazırlığının səmərəliliyini şərtləndirən vacib amil-
lərdən biridir. Bildirək ki, beynəlxalq miqyasda iqtisadiyyatın bütün sahələri üzrə 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin