157
illərdə əhalinin siyahıya alınması prosesində ISCO-88 metodikasının tətbiq edilməsi
ilə bağlı əhalinin siyahıya alınması zamanı müvafiq sorğu anketlərinə, əmək bazarında
mövcud olan peşə və məşğuliyyətlərlə bağlı da məlumatların əldə edilməsi üçün lazı-
mi suallar daxil edilmişdir. Lakin əmək bazarında
mövcud olan peşə və ya məş-
ğuliyyətlərin beynəlxalq standartları, başqa sözlə isə ISCO-88 əsasında statistik məlu-
mat bazası hələ ki, tam formalaşdırılmamışdır. Bunu əmək bazarının statistik göstə-
ricilərindən də görmək mümkündür. Məsələn, əksər ölkələrin Dövlət Statistika Komi-
təsinin statistik məlumatlarında
rəhbər işçilər,
mütəxəssislər, qulluqçular, fəhlələr
kimi təsnifata rast gəlmək mümkündür. Belə təsnifatı (ISCO-88)
qonşu ölkələrin
statistik məlumatlarında da görmək mümkündür. Azərbaycanda isə belə statistik mə-
lumatları əldə etmək olmur, yəni beynəlxalq standart tam tətbiq edilmir.
Təcürbə təsdiqləyir ki, müasir dövrdə sənayedə istər istehsalın həcmini və istərsə də
keyfiyyətini yüksəltmək üçün təkcə mexanikləşmə, avtomatlaşdırma və digər vasitə-
lərlə silahlanma kifayət etmir. Bu vasitələri hərəkətə gətirən
məhsuldar qüvvələrin
qabiliyyətini də müvafiq surətdə inkişaf etdirmək zəriridir.
Bu isə onu göstərir ki,
əməyin məzmununda köklü dəyişikliklərə nail olmaq lazımdır. Hazırda inkişaf etmiş
ölkələrdə sənaye istehsalında əl əməyinin xüsusi çəkisinin 10 - 15% endirilməsi elmi-
texniki tərəqqinin inkişaf etdiyi bir şəraitdə əl əməyinin
xarakterində ciddi dəyişik-
lərdən xəbər verir. Belə hal isə ölkədə təhsil və peşə hazırlığı qarşısında yüksək tələb-
lər qoyur. Daha dəqiq desək, texnoloji inkişafın müasir tələbləri işçilərin ixtisas bilik-
lərinə və bacarıqlarına yeni tələbləri şərtləndirir. Bu da mahiyyət etibarı ilə
fasiləsiz
təhsil sisteminin yaradılmasını tələb edir. Hazırda müxtəlif növ texnikaların getdikcə
artması mexanikləşdirmənin və avtomatlaşdırılmanın tətbiqinə geniş imkanlar yaradır.
Dostları ilə paylaş: