156
məşğulluğun təsnifatını müəyyənləşdirən “İSCİ-88” adlı beynəlxalq bir standart möv-
cuddur [1]. Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən hazırlanan və dünyanın bir
çox ölkəsində tətbiq olunan bu yanaşma “İqtisadi fəaliyyət növləri təsnifatı” meto-
dikasından fərqli olaraq, Məşğulluğun Beynəlxalq Standart Təsnifatı – ISCO-88 meto-
dikası ilə məşğulluq statistikası iqtisadiyyatın sahələri, məsələn sənaye, ticarət və s.
üzrə ümumi şəkildə deyil, konkret peşələr, ixtisaslar və hətta ixtisassız işlər üzrə aparı-
lır. Təsadüfi deyildir ki, inkişaf etmiş ölkələrin statistik məlumatlarında və eləcə də bu
istiqamətdə elmi-nəzəri məqalə və ədəbiyyatlarda ixtisaslı və ixtisassız işçi və ya əmək
kimi təsnifata tez-tez rast gəlirik. Belə bir yanaşmanın olması istər sənayedə, istər kənd
təsərrüfatında və ümumiyyətlə iqtisadiyyatın
bütün sahələrində kadrlara, mütəxəs-
sislərə və işçilərə olan tələbi müəyyən etməyin mümkün olduğunu ortaya qoyur. Qeyd
edək ki, BƏT tərəfindən hazırlanan ISCO-88 metodikasının strukturu ümumi şəkildə
aşağıda göstərilən cədvəldə verilmişdir.
Cədvəl 1. ISCO-88-in strukturu
№
İri qruplar
İri
altqruplar
Kiçik
qruplar
İbtidai
qruplar
ISCO-ın ixtisas
səviyyələri
1.
Qanunvericilər, inzibati işçilər,
menecerlər
3
8
33
-
2.
Peşəkar mütəxəssislər
4
18
55
4
3.
Texniklər və digər kiçik
mütəxəssislər
4
21
73
3
4.
Klerklər
2
7
23
2
5.
Servis və ticarət işçiləri
2
9
23
2
6.
Kənd təsərrüfatı və balıqçılıq
üzrə ixtisaslı işçilər
2
6
17
2
7.
Sənətkarlar və oxşar peşələrin
işçiləri
4
16
70
2
8.
Maşın və avadanlıqların
operatorları, quraşdırıcılar
3
10
70
2
9.
Aşağı ixtisaslı işçilər
3
10
25
1
10. Silahlı qüvvələr
1
1
1
1
Cəmi
28
116
390
-
Mənbə: BƏT (http://www.ilo.org/public/english/bureau/stat/isco/isco88/index.htm).
Ölkəmizdə məşğulluğun statistik uçotu “İqtisadi fəaliyyət növləri təsnifatı” meto-
dikası əsasında aparılır. Eyni zamanda, Dövlət Statistika Komitəsi tərəfindən ISCO-
88 əsasında milli məşğulluq təsnifatı hazırlanmış və müvafiq dövlət orqanları ilə
razılaşdırılmış, bu istiqamətdə müvafiq işlər görülmüşdür. 2009-cu il və 2019-cu
Dostları ilə paylaş: