Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021


UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 138 - 152



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə136/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   132   133   134   135   136   137   138   139   ...   163
UNEC-2021-məqalələe

UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 138 - 152 
Scientific Reviews in UNEC, Year 9, Volume 9, January-March, 2021, pp. 138 - 152 


149 
Bu ölkədəki ev təsərrüfatlarının Azərbaycanın ev təsərrüfatlarından daha bir fərqi isə 
bu ev təsərrüfatlarında ümumilikdə ölkə üçün spesifik olan donuzçuluqla məşğul 
olmalarıdır. Donuzçuluq, rentabellik səviyyəsi yüksək olmasa da, Qombori kəndi 
üçün ən çox gəlir gətirən fəaliyyət növüdür. Xərclərin yüksək olmaması donuzçuluğu 
əldə edilən mənfəətə görə də ev təsərrüfatları üçün ən vacib kənd təsərrüfatı fəaliyyəti 
sahəsidir. Qombori kəndində ev təsərrüfatlarının məhsul vahidinə görə 1000 laridən 
(690 manat) çox gəlir əldə etdiyi fəaliyyət sahələri donuzçuluq, südlük inək və bir 
hektar ərazidən buğda əkinidir. Donuzçuluq və Südlük inək ev təsərrüfatlarının hey-
vandarlıqdan əldə etdiyi gəlirin 81 faizini təşkil edir. Bir hektar buğdadan əldə edilən 
gəlir isə bitkiçilikdən əldə edilən gəlirin 39 faizinə bərabərdir. 
Gürcüstanın Araşenda kəndində
 
Qombori kəndinə nisbətən daha çox fəaliyyət sahələri 
vardır. Nəticələr on fəaliyyət sahəsinə görə hesablanmışdır. Araşenda kəndinin isti 
iqlimi burada üzümçülüyün və taxılçılığın inkişafına münbit şərait yaradır. Xüsusilə 
üzümçülük bu kənddə əsas gəlir mənbələrindən biridir. Daha əvvəl üzümçülüyün 
Gürcüstan iqtisadiyyatı üçün hansı əhəmiyyətə malik olduğunu qeyd etmişdik. Buna 
baxmayaraq üzümçülükdə xərclərin çoxluğu rentabellik səviyyəsinə təsirsiz ötüşmə-
mişdir (51%). Üzümçülük bu göstəriciyə görə yalnız biçənək sahəsinin rentabellik 
səviyyəsini (30%) üstələyir. Bununla belə, üzümçülük əldə edilən mənfəətə (609 
manat) görə yalnız kartofçuluqdan geri qalır. Üzümçülüklə bərabər kartofçuluq, do-
nuzçuluq, südlük inək, taxılçılıqda isə buğda əkini ev təsərrüfatlarının ən gəlirli fəa-
liyyət sahələridir. Bu kənddə arıçılığın rentabelliyi nəinki digər fəaliyyət sahələrinə, 
hətta bütün tədqiqat kəndlərinə nisbətən çoxdur. Belə ki, bu fəaliyyət sahəsinin renta-
belliyi 368%-ə bərabərdir ki, bu da altı kənddə bütün kənd təsərrüfatı fəaliyyətləri 
içərisində ən yüksək göstəricidir. Arıçılıqla yanaşı, kartofçuluq, qoyunçuluq, südlük 
inək və keçiçilik yüksək rentabellik səviyyəsinə malik fəaliyyət sahələridir. Araşenda 
kəndində ev təsərrüfatları heyvandarlıq fəaliyyətindən əldə etdiyi gəlirin 43 faizini 
donuzçuluqdan, 38 faizini südlük inəkdən əldə edir. Ev təsərrüfatları bitkiçilikdən əldə 
etdikləri gəlirin isə 43 faizini üzümçülük, 28 faizini kartofçuluqdan əldə edir. 
Şaxvetila kəndində göstəricilər digər iki Gürcüstan kəndinə olduqca yaxındır. Bunun 
əsas səbəblərindən biri Gürcüstanda sorğuları cavablandıran respondentlərin müvafiq 
suallara dolğun cavab verə bilməməsidir. Buna görə də, daha əvvəl qeyd edildiyi kimi 
bəzi fəaliyyət sahələrindəki göstəricilər digər kəndlərə istinad edilərək hesablanmış-
dır. Ev təsərrü-fatlarının əsas gəlirini müvafiq olaraq üzümçülük, kartofçuluq, donuz-
çuluq, südlük inək və buğda əkinindən əldə edilir. Arıçılıq Araşenda kəndinə nisbətən 
az rentabelli olsa da, bu kənd üçün ən rentabelli fəaliyyət növüdür. Arıçılıqla yanaşı, 
kartofçuluq, qoyunçuluq, südlük inək, keçiçilik, ən rentabelli fəaliyyət sahələridir. Ən 
az rentabelli fəaliyyət sahələri isə biçənək (30%) və üzümçülkdür (51%). Sorğunun 
nəticəsinə görə Şaxvetila kəndində ev təsərrüfatları əsas fəaliyyət sahələrindən olan 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin