142
Əhalinin istehlak səviyyəsi isə birbaşa onların gəlirləri ilə proporsionaldır. Gəlirlər pul
və natural formada olmaqla təsnifləşdirilir. Əhalinin pul gəlirləri əmək haqqı, sahibkar
mənfəti, pensiya, müavinət, dividend, faizlər, renta, xidmət haqları, sığorta ödənişləri
və s. gəlir mənbələrindən ibarətdir. Natural formada olan gəlirlər isə əsasən ev təsər-
rüfatlarının şəxsi istehlak üçün istehsal etdikləri nemətlərin məcmusudur [4; səh 118].
Gəlirləri şərh edərkən belə ev təsərrüfatlarının sırf istehlakçı yox, həm də istehsalçı
tərəfinin olduğunu qeyd edirik. Bəli, ev təsərrüfatları məhsul istehsal edərkən müasir
dövrün mürəkkəb, çoxfunksiyalı istehsal avadanlıqlarından istifadə etmir. Amma bu
onların istehsalçı ola biləcəyi reallığını da dəyişmir.
Natural formada olan gəlir təkcə ev təsərrüfatlarının istehsal etdikləri nemətlərlə məh-
dudlaşmır. Həm dünya praktikasında, həm də ölkəmizdə istehsal müəssisələri əmək-
haqqı fonduna natural formada olan ödənişləri də əlavə edirlər, yəni bu müəssisələr öz
işçilərinə istehsal etdikləri məhsulları təqdim edirlər. Bu, əsasən ilin sonunda işçilərin
işlədikləri əlavə iş saatına görə, normadan artıq istehsal etdikləri məhsula görə, işçi-
lərin stimullaşdırılmasını hədəfləyən digər addımların atılması strategiyasına
uyğun
icra edilir.
İqtisadçı professor B.X.Ataşov ev təsərrüfatlarını tədqiq edərkən onların məcmu gəlir-
lərini “ilkin” və “ikinci” gəlirlər olmaqla iki hissəyə bölmüşdür. İlkin gəlirlər də öz
növbəsində istehsal fəaliyyətindən və mülkiyyətdən əldə olunan gəlirlərə bolunür.
Şəkildə öz əksini tapan məsələlərdən biri də tədqiqatda şəxsi yardımçı təsərrüfatdan
və kənd təsərrüfatı məhsulları satışından əldə olunan gəlirlərin istehsal fəaliyyətindən
olan gəlirlərin tərkibində qruplaşmasıdır. Bununla yanaşı,
əmək gəlirləri də istehsal
fəaliyyətinə aid olan gəlirlərdir. Belə ki, bura özəl və dövlət müəssisələrində muzdlu
əmək müqaviləsi üzrə fəaliyyət və özü məşğulluqdan (usta, bərbər, sahibkar və s.) olan
gəlirlər daxildir. İlkin gəlirlərin əsasını təşkil edən bölmələrdən
biri də mülkiyyət
gəlirləridir. Mülkiyyət gəlirləri də öz növbəsində iki yerə bölünür.
Qiymətli kağızlar, bank əmanətləri maliyyə aktivlərini formalaşdırdığı halda, torpaq
və digər mülkiyyət aktivlərinin icarəyə verilməsindən əldə olunan gəlirlər isə qeyri-
istehsal aktivlərinə aid edilir. Cari transfertlərə sosial təminatla bağlı ödənişlər, əmək
pensiyaları, təqaüdlər, işsizlik müavinətləri, sığorta ödənişləri, maddi yardımlar və s.
daxildir [2; maddə 4]. Cari transfertlər gəlirlərin dövlət tərəfindən yenidən bölünməsi,
yəni fərdi bölgü hesabına formalaşır. Bu gəlirlərdən isə
istehsal amillərinə malik
olmayan şəxslər bəhrələnə bilirlər [3; səh 508], [5; 129 səh.].
Ev təsərrüfatlarının gəlir və xərclərini, eləcə də onları formalaşdıran mənbələri tədqiq
edərkən bu mənbələrin müxtəlif amillərin təsiri altında olduğunu müəyyənləşdirdik.
Ancaq bu müxtəlifliyə baxmayaraq insan və onun şəxsi keyfiyyətləri gəlirdə əsas yeri
tutur. İnsanların qabiliyyəti, bilik və bacarıqlarının gəlirə təsiri təkcə nəzəriyyədə de-
yil, eyni zamanda praktikada da özünü doğrultmaqdadır.
Dostları ilə paylaş: