Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021


UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 138 - 152



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə128/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   124   125   126   127   128   129   130   131   ...   163
UNEC-2021-məqalələe

UNEC Elmi Xəbərləri, İl 9, Cild 9, yanvar-mart, 2021, səh. 138 - 152 
Scientific Reviews in UNEC, Year 9, Volume 9, January-March, 2021, pp. 138 - 152 


141 
məqsədilə tədqiqatlar aparılır. Xüsusi göstəricilərdən ümumi göstəricilərə keçilir. Nəti-
cədə ÜDM, milli gəlir, qiymət, yaşayış həddi, iqtisadi fəaliyyət və digər makrogöstə-
ricilərin düzgün hesablanması, gizli iqtisadiyyatın müəyyən edilməsi üçün imkan 
yaranır [1]. 
Mövzunun aktuallığı 
Lakin bu tədqiqatlarda məxsusi olaraq dağlıq və dağətəyi rayonlarda örüşlər və şəxsi 
yardımçı təsərrüfatların ev təsərrüfatlarının büdcəsinə və gəlir mənbələrinə konkret 
olaraq necə təsir etdiyi müəyyənləşdirilməyib. Ölkəmizin təbii yem ehtiyatlarından 
sayılan örüşlərin münbitliyinin artırılması heyvandarlığın inkişafında xüsusi əhə-
miyyət kəsb edən amillərdəndir. Bu baxımdan ölkəmizin bir çox bölgəsində olduğu 
kimi Kiçik Qafqazda yerləşən yay və qış otlaqları (örüş yerləri) əsas təbii yem baza-
larından biri olaraq respublikamızın iqtisadiyyatında (heyvandarlığın inkişafında) mü-
hüm rol oynayır. Ona görə də bu torpaqlardan istifadənin iqtisadi səmərəliyini yük-
səltmək üçün ilk növbədə onların ekoloji vəziyyətinin öyrənilməsi və bu sahədə çatış-
mayan cəhətlərin aradan qaldırılması zəruri hal təşkil edir. 
Həm yuxarıda vurğulanan məsələlər, həm də qeyd etdiyimiz bu fikir, yəni örüş və 
yardımçı təsərrüfatların rolunun tam əks olunmaması bizim tədqiqatımızın vacibliyini 
və aktuallığını əhəmiyyətli dərəcədə artırır, tədqiqat mövzusunun bu istiqamətdə 
müəyyənləşdirilməsini şərtləndirir. Digər tədqiqatlarımızda ev təsərrüfatları haqqında 
nəzəri fikirlər araşdırmış, ev təsərrüfatlarının ailə, fərdi sahibkar, kəndli (fermer) təsər-
rüfatlarından fərqini və ən əsası ev təsərrüfatı nədir sualına cavab tapmışdıq [6]. 
Tədqiqatımızın bu hissəsində isə ev təsərrüfatlarının mövcud vəziyyəti, gəlir mənbə-
ləri, onlara təsir edən amillər, gəlir mənbələrinin sayının, gəlirin həcminin artırılması 
yollarının araşdırılması tədqiqat işinin məqsədi olaraq müəyyənləşdirilmişdir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin