57
SANDBOX REJİMİ VƏ MALİYYƏ BAZARLARINA TƏSİRİ
Daxil olub: 27 mart 2021-ci il;
Qəbul olunub: 29 aprel 2021-ci il
Received: 27 March 2021;
Accepted: 29 April 2021
T.H.Rüstəmov
1
, X.R.Tağıyev
2
,
G.M.Mahmudova
3
, S.İ.İsayeva
4
1
doktorant, İqtisadi İslahatlar Elmi-tədqiqat
İnstitutu
2
dissertant, baş elmi işçi, İqtisadi İslahatlar Elmi
Tədqiqat İnstitutu
3
aparıcı hüquq məsləhətçisi, Azərbaycan
Respublikası Mərkəzi Bankı
4
hüquq məsləhətçisi, Azərbaycan Respublikası
Mərkəzi Bankı
1
tamerlanrustamov@gmail.com;
2
xstagiyev@gmail.com;
3
gunay.mahmud@outlook.com;
4
isayeva.sabina@yahoo.com
Xülasə
Tədqiqatın əsas məqsədi rəqəmsal transformasiyanın dərinləşməsi fonunda fintech
ekosisteminin inkişaf etdirilməsi məqsədilə sandbox rejiminin (tənzimləyici test reji-
minin) və onun xarakterik xüsusiyyətlərinin, habelə maliyyə bazarlarına mümkün təsir
istiqamətlərinin açıqlanmasına yönəlmişdir. Tədqiqat işində qabaqcıl beynəlxalq təc-
rübənin açıqlanması ilə yanaşı, məntiqi ümumiləşdirmə üsulu tətbiq edilmişdir. Təd-
qiqatda maliyyə bazarlarında innovativ texnologiya və həllərin tətbiqinin genişlən-
məsi məqsədilə sandbox rejiminin tətbiqi üzrə əsas məqsədlər və onların təhlili yer
almışdır. Həmçinin sandbox rejimi üzrə hüquqi tənzimləmə və bu sahədə qabaqcıl
beynəlxalq təcrübə, bu rejimin maliyyə bazarlarına mümkün təsir istiqamətləri, o
cümlədən müsbət meyillər və rejimin tətbiqi ilə bağlı baş verə biləcək risklərin əsas
növləri araşdırılmışdır. Tədqiqat nəticəsində sandbox rejiminin maliyyə bazarlarına
təsir istiqamətləri açıqlanaraq, ölkəmizdə bu rejimin tətbiqi ilə bağlı təkliflər irəli
sürülmüşdür. Tədqiqatın məhdudiyyətləri sandbox rejimi ölkədə tətbiq edilmədiyinə
görə yerli maliyyə bazarlarına təsir istiqamətləri haqqında praktik məlumatların tələb
edilməsidir. Tədqiqatın praktiki əhəmiyyəti fintech ekosisteminin inkişafında sandbox
rejiminin rolunun və əhəmiyyətinin araşdırılması, maliyyə bazarlarına təsir istiqamət-
lərinin təhlili, habelə ölkəmizdə bu sahənin inkişafı üçün daha əlverişli olan həll yolu-
nun seçilməsidir.
Dostları ilə paylaş: