Azərbaycan Dövlət İqtisad Universiteti (unec) İl 9, Cild 9, yanvar-mart 2021



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/163
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#206388
1   ...   45   46   47   48   49   50   51   52   ...   163
UNEC-2021-məqalələe

Ключевые слова: 
режим песочницы, поставщик платежных услуг, финтех, 
небанковский поставщик платежных услуг.
 
Giriş
Yeni nəsil sənaye inqilabı dövründə maliyyə bazarlarına “fintech” ekosistemini təmsil 
edən yeni iştirakçıların daxil olması, innovativ texnologiya və ödəniş həllərinin tətbi-
qinin daha da dərinləşməsinə xidmət edən müxtəlif həll yolları və tənzimləmələrin 
tətbiqi diqqəti cəlb edir. Bu sahədə innovasiyaların tətbiqinə açıq olan iştirakçılar üçün 
təhlükəsiz şəraitdə test rejimində fəaliyyət göstərmək imkanı verən sandbox rejiminin 
tətbiqi mühüm əhəmiyyət kəsb edir. 
Tədqiqat işində “Sandbox rejimi nədir?” sualı cavablandırılaraq bu rejimin mahiyyəti 
və tətbiqi xüsusiyyətləri detallı formada açıqlanmışdır. Həmçinin bu rejimin tətbiqi mər-
hələləri təhlil edilərək, beynəlxalq təcrübədə, o cümlədən Sinqapurda sandbox rejiminin 
tətbiqi üzrə hüquqi tənzimləmə, habelə maliyyə bazarlarına təsir istiqamətləri araşdı-
rılmışdır. Yekun olaraq sandbox rejiminin ölkəmizdə tətbiqi təklifi irəli sürülmüşdür. 
I.
 
Sandbox rejimi, mahiyyəti və xarakterik xüsusiyyətləri 
Qabaqcıl maliyyə bazarları infrastrukturuna malik olan ölkələrdə rəqəmsal transfer-
masiyanın daha da dərinləşməsi nəticəsində innovativ həllər və texnologiyalardan 
T.H.Rüstəmov, X.R.Tağıyev, G.M.Mahmudova, S.İ.İsayeva: Sandbox rejimi və maliyyə 
bazarlarına təsiri 


60 
istifadənin cəmiyyətdə gündəlik bir normaya çevrildiyi, “hörümçək toru” prinsipi əsa-
sında ödəniş ekosistemində şəbəkə əlaqələrinin daha da genişləndiyi bir mühitdə tən-
zimləyici-nəzarətedici qurumlar maliyyə bazarlarının davamlı inkişafı istiqamətində 
fəaliyyətlərini davam etdirirlər. Bu sahədə diqqəti cəlb edən mühüm məqam maliyyə 
bazarlarının yeni iştirakçıları üçün daha səmərəli, məhdudiyyətlərin minimal dərəcədə 
olduğu, iştirakçıların və ödəniş xidməti istifadəçilərinin maliyyə itkilərindən sığortalan-
dığı iqtisadi mühitin formalaşdırılması istiqamətində həyata keçirilən aktiv fəaliyyətdir. 
Son illər ərzində maliyyə bazarlarının yeni, lakin daha iddialı iştirakçılarına çevrilən 
fintechlər, neobanklar, bank olmayan ödəniş xidməti təchizatçıları bu ekosistemdə 
əhəmiyyətli paya malik olmaqla yanaşı, maliyyə xidmətləri üzrə tətbiq etdikləri inno-
vasiyalar baxımından üstünlük əldə ediblər. 
Maliyyə bazarı iştirakçıları olan hüquqi və fiziki şəxslər rəqəmsal ödənişləri daha sə-
mərəli və rahat üsullarla (mobil telefon, üzük, qol saatı və s.), təhlükəsiz qaydada (bio-
metrik eyniləşdirmə, ikili autentifikasiya, birdəfəlik şifrə və s.), 24/7 rejimində (ani 
ödənişlər sistemi) və coğrafi məkandan asılı olmadan (qlobal internet şəbəkəsi üzərin-
dən) həyata keçirməyə üstünlük verirlər. Məhz yuxarıda qeyd edilən yenilikçi maliyyə 
institutları müşahidə edilməkdə olan bu cərəyanın aparıcı qüvvəsi olmaqla irəlilə-
yişlərə nail olurlar. 
Tənzimləyici-nəzarətedici qurumlar maliyyə xidmətlərinin göstərilməsində konserva-
tiv yanaşmadan uzaqlaşaraq innovasiyaların tətbiqinin genişləndirilməsi, ölkədə ma-
liyyə inklüzivliyinin güclənməsi, yeni iştirakçılar üçün risk yaratmadan əlverişli mühi-
tin formalaşdırılması, habelə yeni biznes modellərin yaradılması istiqamətində fəaliy-
yətlərini davam etdirirlər. Bu sahədə aparılan islahatlara nümunə olaraq qanunveri-
cilik bazasının təkmilləşdirilməsi ilə yeni xidmətlər üzrə hüquqi çərçivənin formalaş-
dırılması (son olaraq ödəniş xidmətləri sahəsində), yeni lisenziyalaşdırma yanaşma-
sının tətbiqi (Avstraliya, İsveç), fintechlərin fəaliyyətinin genişləndirilməsi üçün inku-
basiya və akselerasiya mərkəzlərinin, o cümlədən laboratoriyaların yaradılması (Sin-
qapur, Yaponiya, Almaniya və s.), maliyyə xidmətlərinin göstərilməsi üzrə məsləhət 
mərkəzlərinin (məs. İngiltərədə İnnovasiya Mərkəzi və Tənzimləyici Klinika) forma-
laşdırılmasını nümunə göstərmək olar.
Beynəlxalq Hesablaşmalar Bankına əsasən ölkədə innovasiyaların tətbiqinin sürətlən-
dirilməsində üç əsas vasitə - innovasiya mərkəzi, sandbox rejimi və akselarasiya mü-
hüm rol oynayır. Tənzimləyici-nəzarətedici qurum tərəfindən yaradılan innovasiya 
mərkəzləri qanunvericiliklə fəaliyyəti tənzimlənən və ya hazırda tənzimlənməsi nəzər-
də tutulmayan təşkilatlara normativ-hüquqi çərçivə, nəzarət siyasətinin aspektləri və 
ya qanunvericilik məsələləri üzrə dəstək göstərilməsi, məsləhət verilməsi və ya ida-
rəetmənin effektiv təşkilini təmin edir. Sandbox rejimi nəzarət edilən testləşdirmə mü-
hitidir. Bu, eyni zamanda tənzimləyici-nəzarətedici qurumun səlahiyyətlərinə aid olan 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin