63
edilməsini və bu əsasda yarana biləcək risklərin zamanında qarşısının alınmasını, ma-
liyyə bazarı iştirakçıları ilə effektiv dialoq mühitinin formalaşdırılmasını aid etmək
olar. Bura həmçinin qanunvericilik bazasında aparılacaq islahatların əvvəlcədən plan-
laşdırılması, maliyyə bazarlarının gələcək inkişaf istiqamətlərinin test mühitində sı-
naqdan keçirilməsi, yeni nəsil məhsul və xidmətlərə münasibətdə istehlakçı davranış-
larının əvvəlcədən qiymətləndirilməsi də aid edilməlidir. Tənzimləyici-nəzarətedici
qurumlar üçün sandbox rejiminin xüsusi əhəmiyyət kəsb edən faydalarından biri isə
bu qurumlar üçün yeni maliyyə texnologiyalarının test prosesində dərindən öyrənil-
məsindən, risklərin daha detallı qiymətləndirilə bilinməsindən və hərtərəfli, adekvat
tənzimləmənin müəyyən edilməsindən ibarətdir.
Sandbox rejiminin tətbiq edilməsi üzrə birinci və sonrakı addımlar üçün əsas mərhələ
məqsəd(lər)in müəyyən edilməsidir (Əlavə №1). Maliyyə bazarlarının inkişaf səviy-
yəsindən asılı olaraq məqsəd(lər) əsasən aşağıdakı formada qruplaşdırılır [2]:
innovasiya/rəqabətin stimullaşdırılması;
maliyyə inklüzivliyinin gücləndirilməsi;
innovasiyalar üçün zəruri hüquqi tənzimləmənin müəyyənləşdirilməsi;
maliyyə bazarının inkişaf istiqamətlərinin öyrənilməsi.
Sandbox rejiminin birinci mərhələsi
hər bir məqsədin fərdi qaydada təhlili və qiymət-
ləndirilməsi ilə xarakterizə olunur. Bu mərhələ nəticə etibari ilə sandbox rejiminin tət-
biqi üzrə mövcud çatışmazlıq və məhdudiyyətlərin, sonrakı mərhələlərdə isə alternativ
həll yollarının müəyyənedilməsinə imkan verir.
İnnovasiya/rəqabətin stimullaşdırılması baxımından sandbox “təhlükəsiz zona” olaraq
qiymətləndirilir. Bu əsasda sandbox rejimində test edilən fəaliyyətin kommersiya ba-
xımından üstünlüklərini yoxlamaq - test etmək məqsədilə qanunvericilikdə tənzim-
ləyici-nəzarətedici qurumun sandbox rejiminin tətbiqi üzrə müvafiq səlahiyyətləri
müəyyən edilməlidir. Eyni zamanda, sandbox rejiminin qanunvericilik məhdudiyyət-
lərinin azaldılması və ya aradan qaldırılması sahəsində rolu təhlil edilməlidir.
İnnovasiya/rəqabətin stimullaşdırılması və zəruri hüquqi tənzimləmənin müəyyənləş-
dirilməsi məqsəd olaraq təhlil edilərkən, yekunda innovasiyaların tətbiqi üzrə məhdu-
diyyətlərin müəyyən edilməsinə imkan verir. Bu, sandbox rejiminin tətbiqi üzrə
ikinci
mərhələ
hesab edilir. İnnovasiyaların tətbiqi üzrə qanunvericilik tələblərinə cavab
verilməsinin çox xərc tələb etməsi və yeni yaranmış iqtisadi subyektlər tərəfindən bu
tələblərin qarşılanmasının qeyri-mümkün olması, hüquqi çərçivədə boşluqlar, maliyyə
bazarlarına daxilolma sahəsində məhdudiyyət və qadağaların mövcudluğu məhz bu
mərhələdə müəyyən edilir. Bu mərhələdə müəyyən edilən məhdudiyyət və çatışmaz-
lıqlar sonuncu mərhələdə sandbox rejimi və ya alternativ həll yollarının tətbiqi üzrə
qərarın verilməsinə mühüm təsir göstərir.
Dostları ilə paylaş: